Azərbaycandakı əvvəlki və indiki vergi sistemi arasında kəskin fərq var

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Azərbaycandakı əvvəlki və indiki vergi sistemi arasında kəskin fərq var

fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar“Keçən ilin sonlarından başlayan vergi islahatları ölkədə çox ciddi vüsat almaqda olub. Bu gün artıq 2019-cu ilin birinci yarım illiyinin yekunlarına görə, həm vergi, həm də bütövlükdə fiskal siyasətlə, büdcə vergi siyasəti ilə bağlı həyata keçirilən islahatların müəyyən nəticələrinin şahidi oluruq”.

Bunu açıqlamasında Azərbaycan Dövlət İqtisad Universtetinin (UNEC) professoru, iqtisadçı–ekspert Elşad Məmmədov bildirib.

İnkişaf və iqtisadi artımın vergi yığımlarına təsiri olacaq

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, həyata keçirilən tədbirlərin müsbət effekti göz qabağındadır:

“Bir tərəfdən həm vergi, həm də gömrük istiqamətləri üzrə büdcəyə daxilolmalar artmaqdadır, digər tərəfdən vergi islahatlarının əsas fəlsəfəsi birmənalı şəkildə ancaq büdcə daxilolmalarının qısamüddətli perspektivdə artmasına deyil, vergi bazasının genişlənməsinə və iqtisadi inkişafın stimullaşdırılmasına yönləndirilməlidir. Yəni iqtisadi inkişaf və iqtisadi artım olduğu halda nəticədə vergi yığımlarına da təsir olacaq”.

Ekspert deyir ki, dünya təcrübəsidə onu deməyə əsas verir ki, sərt fiskal siyasət əksər hallarda müsbət effekt vermir: “Ona görə də 2019-cu ilin əvvəlindən başlayaraq, vergi islahatlarının həyata keçirilməsində gördük ki, tədricən vergi tutumları baxımından qeyri-dövlət və qeyri-neft sektorunda fiziki şəxslərin gəlirlərinin vergidən müəyyən mənada azad edilməsi istiqamətində görülən işlər, əslində vergi bazasının genişləndirilməsi və iqtisadiyyatın maksimum şəkildə kölgədən çıxmasına xidmət edirdi. Artıq görürük ki, tədricən bunun müsbət nəticələri olmaqdadır. Eyni zamanda, bəzi qonşu ölkələrdə fiskal siyasətdə həyata keçirilən sərtləşmə, əlavə dəyər vergisinin faiz dərəcəsinin daha da yüksəldilməsi müsbət effekt vermir”.

E. Məmmədov düşünür ki, vergi siyasətinin əsas ana xətti və fəlsəfəsi məhz vergi bazasının genişlənməsinə, vergi islahatları vasitəsilə iqtisadi artımın stimullaşmasına xidmət etməlidir: “Buna görə də ümid edirəm ki, atılan addımlar və həyata keçirilən islahatlar bundan sonra da ardıcıl olaraq davam etdirilməlidir. Bütün bunlar bir az da kompleksli şəkildə həyata keçirilməlidir. Bura ilk növbədə tədricən biznes mühitinin, işgüzar fəallıq subyektlərinin əldə etdikləri gəlirlərinin amortizasiyasına, investisiyalara, əsas və dövriyyə fondlarının yenilənməsinə istiqamətləndirilən bir vergi siyasəti olmalıdır. Yəni vergi siyasəti bunları stimullaşdırmalıdır ki, iqtisadi artım ölkəmizdə qabaqlayıcı şəkildə həyata keçirilsin. Eyni zamanda, iqtisadi islahatlar yalnız vergi islahatları ilə məhdudlaşdırıla bilməz. Çünki əks halda bunun effektivliyi olmayacaq. Ümid edirəm ki, digər sahələrdə də, ilk növbədə bank sektorunda pul-kredit siyasəti ilə bağlı olan məsələlərdə də kompleksli və sistemli islahatlar paketinin təsdiqinin şahidi olacağıq”.

Professorun sözlərinə görə, 2019-cu ilin əvvəlindən həyata keçirilən islahatların konkret istiqamətlərinə nəzər salsaq, burada əsas istiqamətlərdən biri qeyri-neft və qeyri-dövlət sektorunda çalışanların əmək haqqılarından, yəni gəlirlərindən tutulan vergilərlə bağlı ciddi dəyişikliklər olub:

“Bunun da sözsüz ki, əhalinin gəlirlərinə birbaşa təsiri olub. Digər tərəfdən, bu islahatlar nəticəsində həm gömrük, həm də vergi xətti üzrə fiskal yığımların artması sosial paketin ölkədə dövlət başçısı tərəfindən qəbul edilmiş sosial istiqamətdə sosial siyasətlə bağlı tədbirlərin daha da intensiv şəkildə həyata keçirilməsinə şərait yaradıb. Əmək haqqları, təqaüd və müavinətlər artıb və bunların hamısı vergi, fiskal və büdcə siyasəti ilə bağlı olub ki, dövlətin iqtisadi imkanlarının artması bilavəsitə sosial siyasətə daha çox vəsait yönəldilməsinə şərait yaradıb”.

O hesab edir ki, bu istiqamətdə işlər davam etdirilməli və tədricən bütövlükdə büdcə vergi siyasətində adekvatlığın, yəni gəlirlərin, mənfəətin haradan daha çox formalaşırsa, vergi yükünün də ora daha çox istiqamətlənməsi, proqressiv vergi şkalaların tətbiqi kimi məsələlərə keçməliyik ki, bunların tətbiqi də ölkə iqtisadiyyatının dayanıqlığına xidmət etməlidir.

Qeyri-neft sektorunda şəffaflaşma prosesləri sürətlənib

Bu ilin I yarısının nəticələri məlum olmasa da, 2019-cu ilin ilk 5 ayında qeyri-neft sektoru üzrə dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb. ƏDV dövriyyəsində artım isə 9,6% təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4%, o cümlədən ƏDV dövriyyəsi 24,6% artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə – 37,3%, o cümlədən ƏDV dövriyyəsi 38,2% artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6% təşkil edir.

Şəffaflaşmanı əks etdirən daha bir mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. 2019-cu ilin 5ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5%-dən 65,7%-ə yüksəlib. Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3%-i ticarət və sənayenin payına düşüb. Bu sektorda dövriyyənin nominal artım tempinin ÜDM-in nominal artımı tempini üstələməsi, e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəlməsini göstərir ki, bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarə edir.

2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3%, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7%, istehsalda isə 30,1% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9%-dən 83,6%-ə, istehsalda isə 65,7%-dən 75,4%-ə yüksəlib.

Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış ticarətdə, həm də pərakəndə ticarətdə 43,7%-ə çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8%), ticarətdə (43,7%), rabitədə (24,2%), sənayedə (16,9%) və digər fəaliyyət sahələrində (29,9%) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.

Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1% və 56,3% artmasıdır.

Hazırkı vergi sistemi daha loyaldır, amma sərtdir

Vergi üzrə ekspert Anar Bayramov açıqlamasında bildirib ki, Azərbaycan kimi zaman-zaman vergi sistemi dəyişən ölkə üçün 6 ay çox qısa bir müddətdir. Onun sözlərinə görə, əvvəlki vergi sistemi ilə vergi ödəyicisinə və vergi ödənişinə yanaşma ilə hazırkı vergi sistemi arasında kəskin fərq var:

“Etiraf edək ki, hazırkı vergi sistemi daha loyaldır, amma sərtdir. Nəzərə alsaq ki, səyyar vergi yoxlamalarının sayı 4 dəfə azaldılıb, amma kameral vergi yoxlamaları daha ciddi və daha sərt olub, əvvəlki vergi sistemində ənənəvi vergi ödəyicilərinin ənənəvi vergi ödənişləri vardı. Zəng edib telefonla “bu qədər vergi ödəmək lazımdır” deyirdilər. Bu cür hallara artıq Vergilər Nazirliyində bu cür yanaşma azaldılıb. Tam demək olmaz ki, yığışdırılıb, amma azaldılıb”.

Onun sözlərinə görə, vergi əməkdaşları vergi ödəyiciləri və vergi mütəxəssisləri ilə daha yaxından əlaqəlidir: “Onlar arasında yüksək səviyyədə əməkdaşlıqlar mövcuddur. Vergi əməkdaşları vergi ödəyicilərindən məlumatlar alırlar, onlar çatışmayan məsələləri öyrənirlər. Mövcud boşluqlar və çatışmayan tərəflərlə bağlı məlumatları alıb, emal edib və həmin boşluğu aradan qaldırmağa çalışırlar. Bəzi hallarda yüksək iradə nümayiş etdirirlər, istəklərini ortaya

Mütəxəssis bildirib ki, bu gün səyyar vergi yoxlamalarının 4 dəfə azaldılması səbəbindən, elə vergi ödəyicisi var ki, 3 ildir ona vergi yoxlaması gəlmir:

“Ancaq əvvəlki vergi sistemində isə mümkün deyildi ki, bir il ərzində yoxlama gəlməsin. Hətta şirkətin fəaliyyətinin bir ili tamam olmadan, səkkizinci ayında belə növbədənkənar vergi yoxlaması aparırdılar. İndi isə bu hallar yoxdur və bu, biznes mühitinə müsbət təsir göstərir. Şirkətlər də yoxlama olmadığı üçün rahat “nəfəs alır”, manevr edir, kapitalını daha rahat dövr edir. Bütün bunların müsbət tərəfləri var. Müsbət haldır ki, səyyar yoxlamalarının sayının azaldılması vergi ödəyicilərinə biznes imkanlarının genişləndirməsinə şərait yaradır”.

Azərbaycanda biznes başlamaqla bağlı “Doing Bussines” hesabatında yuxarı yerdə olduğumuzu deyən A. Bayramov bildirib ki, bu gün Azərbaycanda biznesə başlamaqda yüksək göstəricisi var:

“Bu gün Azərbaycanda rahatlıqla bir gün ərzində şirkət qeydiyyata almaq mümkündür. Tək şəxsiyyət vəsiqəsi ilə şirkət qeydiyyatdan keçirilir. Bu, çox yüksək bir nailiyyətdir. Avropanın aparıcı ölkələrində belə bir proses yoxdur. Amma yenə də bəzi məsələlər var ki, orada geri qalırıq”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
vergi sistemi
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *