Print Friendly, PDF & Email

Bu gün sizi özümün istifadə etdiyim sadə bir texnika ilə tanış etmək istəyirəm. Təcrübədə 1c (7.7) proqramından çıxan hər hansı bir hesab kartı (карточка счета) ilə işləmək məcburiyyətində qalıram.

Həmin kartı exceldə saxlayanda belə bir şəkil alınır:

1c hesab kartı

Bildiyiniz kimi bu tip cədvəli exceldə analiz etmək elə də asan deyil. Çünki C sütununun əməliyyatlar bölməsinə filtr vermək effektiv olmur. Bu baxımdan mən bu tip cədvəllərlə işləyəndə Əməliyyatlar sütununda olan məlumatları ayırıram. Bu üsulu adım-addım sizlə bölüşmək istəyirəm.

Bunun üçün boş bir K sütununa =SUBSTITUTE(C6;CHAR(10);"@") formulasını yazırıq:

60 N-li hesab kartı

Bu formula əməliyyat xanasında olan sətirləri “@” işarə ilə ayırır. Siz özünüz formulada düzəliş edərək istənilən digər işarəni seçə bilərsiniz. Nəticədə belə bir cədvəl alınır:

hesab kartı

Həmin xananı aşağıdakı sütünlara kopyalayırıq:

excel hesab kartı

Bu addımdan sonra k sütununu formulalardan təmizləmək lazımdır. Yazılar olan sütunu seçirik, copy-paste spesial-value komandasindan istifadə edirik.

Bundan sonra excelin Text to column adlanan bir funksiyasından istifadə edəcəyik.

exceldə hesab kartı

K sütununu seçirik və Text to column funksiyasına tıklayırıq:

text to column hesab kartı

Next seçirik, növbəti pəncərədə “Other” bölməsini işarələyirik və əl ilə “@” simvolunu daxil edirik:

Şəkil7

Son addım kimi Finiş düyməsinə basırıq:

finish hesab kartı

Bu şəkildən gördüyünüz kimi Əməliyyat xanalarında olan məlumatların hər biri ayrıca sütuna çevrilir. Artıq bu xanalara ayrı-ayrılıqda filtr tətbiq etməklə müxtəlif analizlər aparmaq olar:

hesab kartı filtr

Müəllif: Zaur İsmayılov