birbank biznes

Bu funksiyadan bütün excel istifadəçiləri istifadə edir. Mən sizə filtr ilə bağlı maraqlı bir texnika göstərmək istəyirəm.

Əəməliyyatı sürətləndirmək üçün filtr funksiyasını sürətli panelə əlavə etmək lazımdır:

filtr filter funksiyası

Bundan sonra cədvəldə filtr edilməsi tələb olunan istənilən xananın üzərinə gələrək sürətli paneldə filtr düyməsini sıxırıq:

filtr düyməsi

Burada cəm almaq üçün digər maraqlı bir texnika tətbiq etmək olar. Bunun üçün fitlr tətbiq etdikdən sonra cədvəlin altında istənilən boş xananın üzərinə gəlin və autosum düyməsini sıxın:

filtr autosum

Həmin cədvəlin birinci sətrində iki boş sətir əlavə edin və alınmış cəmi cut edərək yeni sətirə əlavə edən:

filtr excel

Nəticədə istənilən sətir məlumatının üzərinə gələrək sürətli panel tablosundan filtr düyməsini sıxaraq görünən sətirlərin cəmini ala bilərik:

filtr cəm

Digər excel texnikalarını müəllif Zaur İsmayılovun telegram kanalı vasitəsilə də öyrənə bilərsiniz.

 


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email