Bu gün sizi bir sadə texnika – exceldə məlumatların yuxarı xanalara keçirilməsi ilə tanış etmək istəyirəm.

Hərdən belə bir cədvələ rast gəlirəm:

exceldə məlumatların yuxarı xanalara keçirilməsi başlanğıc

Bu cədvəli aşağıdakı cədvələ çevirmək lazımdır:

exceldə məlumatların yuxarı xanalara keçirilməsi son

Mənim müşahidələrimə əsasən bunu adətən bu formada edirlər:

exceldə məlumatların yuxarı xanalara keçirilməsi adətən

Mən sizə daha sürətli alternativ variant təklif etmək istəyirəm.

Addım 1: Başlıqdan başqa bütün regionu seçək:

exceldə məlumatların yuxarı xanalara keçirilməsi regionu seçək

Addım 2: Go To -> Special -> Blank (shortcut CTRL+G):

exceldə məlumatların yuxarı xanalara keçirilməsi blank

Addım 3: Sağ düyməni basıb delete seçirik (shortcut CTRL+-):

exceldə məlumatların yuxarı xanalara keçirilməsi delete

Addım 4: Delete alt menyusunda Shift cells up seçirik və ok basırıq:

exceldə məlumatların yuxarı xanalara keçirilməsi shift cells up

Nəticədə məqsədimizə çatırıq.

Bir daha bütün exceldə məlumatların yuxarı xanalara keçirilməsi prosesinin qısa təsvirini göstərirəm:

exceldə məlumatların yuxarı xanalara keçirilməsi proses

Digər excel fəndlərini müəllif Zaur İsmayılovun telegram kanalında da izləyə bilərsiniz.