Exceldə kiçikdən böyüyə, böyükdən kiçiyə doğru sıralama

posted in: Excel, Xəbər | 0

Exceldə kiçikdən böyüyə, böyükdən kiçiyə doğru sıralama


100 metr məsafəli qaçış nəticələrinə əsasən yekun sıralamanı müəyyən etmək istədiyimizi fərz edək. Nəticələr isə aşağıdakı kimidir.

RANK function - 1

Elə bir formul yazmalıyıq ki, hər bir atletin sıralamada neçənci olduğunu göstərsin.

Bunun üçün RANK funksiyasından istifadə edəcəyik. Formul isə belə olacaqdır.

RANK function - 2

Gördüyümüz kimi, formul 3 hissədən ibarətdir. Texniki açıqlamaya keçmədən öncə, çox sadə dillə formulu belə izah edə bilərik. Cəmi 3 komponentimiz olacaq.

  1. Yoxlamaq istədiyimiz dəyər
  2. Bütün nəticələr olan aralıq
  3. Azdan çoxa, yoxsa çoxdan aza sıralama

Yuxarıdakı misalda Asafa Powell-ın dərəcəsi 9,72 saniyədir. RANK funksiyası bu nəticəni ümumi aralıqdakı bütün nəticələr ilə müqayisə edib, ümumi sıralamada neçənci olduğunu müəyyən edir. Gəlin funksiyanın hər 3 komponentinə baxaq.

Number: Yoxlanılmasını istədiyimiz dəyər – hər bir atletin qaçış nəticəsi

Ref: Bütün nəticələr olan aralıq – C3:C12 aralığı

[Order]: Sıralamanın növü – 0 (sıfır) seçilsə ən kiçik nəticə sıralamada sonuncu, 1 (bir) seçilsə ən kiçik nəticə sıralamada 1-ci olacaq. Bu misalda, ən kiçik nəticə ən yaxşı nəticə sayıldığı üçün 1 seçməliyik.

Cədvəlin yekun halı isə belə olacaqdır.

RANK function - 3

Formulları araşdırmanız üçün əlavədəki faylı endirə bilərsiniz. C3:C12 aralığının ətrafında $ işarələrindən istifadə edildiyini görəcəksiniz.

Kiçikdən böyüyə doğru sıralamadan əlavə, böyükdən kiçiyə doğru sıralama da faylda öz əksini tapıb. Müqayisə edərək, 0 və 1 seçdiyimiz zaman aradakı fərqlərin nəticələrə necə təsir etdiyini daha aydın şəkildə görmə şansınız olacaq.
Faylı yükləyin:  Rank Function (104 downloads)
Müəllif: Elçin Xəlilov

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *