Exceldə WORKDAY funksiyası

posted in: Excel, Xəbər | 1
birbank biznes

Exceldə WORKDAY funksiyası


Fərz edək ki, hər hansı bir layihənin başlanğıc tarixini və layihənin müddətini bilir, lakin layihənin dəqiq bitəcəyi tarixi hesablamaq istəyirik. Layihənin müddəti bir çox halda iş gününə əsasən hesablandığı üçün, adi qaydada “başlanğıc tarixi + gün sayı = bitiş tarixi” olaraq hesablaya bilməyəcəyik, çünki şənbə və bazar günlərinin aradan çıxarılması lazımdır.

Və yaxud gün əsası işləyən işçilərə son ödəmə tarixinin müəyyən edilməsi zamanı da eyni problemlərlə qarşılaşılacaqdır. Bütün bu çətinliklərin öhdəsindən gəlmədə WORKDAY funksiyası əvəzsiz rol oynamaqdadır. Etməli olduğumuz isə çox bəsitdir.

22 yanvar 2015-ci il tarixdə başlayan və 34 gün davam edəcək olan layihəmiz varsa, layihənin bitiş tarixini aşağıdakı kimi hesablaya bilərik.

Workdays - 1

WORKDAY funksiyasının içinə layihənin başlanğıc tarixini (start_date) və layihənin müddətini (days)daxil etdikdən sonra işimiz bitmiş sayılacaq.

Funksiya bizə layihənin bitməli olduğu tarixi göstərəcəkdir. Fikir versək görərik ki, adi qaydada Start date + Days etsəydik, nəticə 11 Mart yox, 25 Fevral olacaqdı, çünki hesablamaya həftə sonları da daxil edilmiş olacaqdı. WORKDAY funksiyası isə ancaq iş günlərini hesablayıb daha dəqiq nəticə verir.


Həmçinin bax: NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı


Funksiyaya xas bir digər xüsusiyyət isə onun 3-cü komponenti olan bayram günlərinin (holidays) daxil edilməsidir. Bu nə işə yarayır?

Bayram günləri üçün əlavə bir siyahı tərtib edilir və funksiyanın üçüncü komponenti olması səbəbilə bayramlar yer alan tarixlərin olduğu ümumi aralığa istinad verilir. Bayramlardan savayı, qeyri-iş günlərinin siyahısı olsa daha dəqiq olar. Adıkeçən siyahı hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istehsalat təqvimi adı altında dərc edilir.

Fərz edək ki, 2015-ci ilin qeyri-iş günləri aşağıdakı tarixlərə təsadüf edir.

Workdays - 2

Bu aralıqdakı tarixləri funksiyamıza daxil etdikdən sonra, funksiya son halını almış və yekun nəticənin hesablanmasında həftə sonları ilə birgə bütün qeyri-iş günləri də nəzərə alınmış olacaqdır.

Workdays - 3

İnsan resursları sahəsində çalışan peşəkarlar da bu funksiyanın nə qədər faydalı olduğunu müşahidə edəcəkdir.

Funksiya ilə daha yaxından tanış olmaq üçün əlavədəki faylı yükləyin bilərsiniz.

Faylı yükləyin:  Workday funksiyası
Müəllif: Elçin Xəlilov

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Rəvanə İsabalayeva
    |

    Salam. Bilmək istəyirdim ki, Elçin Xəlilov fərdi şəkildə Excel faylları ilə işləmək,funksiyaları tətbiq etmək və s. öyrətmək üçün dərs verirmi? Əvvəlcədən təşəkkürümü bildirirəm.