Ezamiyyə normasından artıq ödənən məbləğ hansı halda gəlir vergisinə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

məbləğ Sual: Müəssisə işçisini xarici ölkəyə ezamiyyətə göndərir və bütün xərclər (aviabilet xərcləri, gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər) yerli turizm şirkətinin təqdim etdiyi hesab-fakturaya əsasən bank vasitəsilə ödənilir. Bu zaman aşağıdakı suallara cavab verməyinizi xahiş edirik: 1. Ezamiyyə normasından artıq ödənən məbləğ gəlir vergisinə cəlb edilirmi?

2. İşçi tərəfindən əlavə hansı təsdiqedici sənədlər təqdim olunmalıdır?

3. Gündəlik ezamiyyə xərcləri norma daxilində olarsa, norma daxili xərcləri təsdiqləyən və əlavə sənədlər təqdim olunmalıdırmı?

Xahiş edirik qanuna istinad edərək ətraflı məlumat verəsiniz.

Bax: Eyni məbləğin həm bank hesabı, həm də NKA-ya daxil edilməsinə bir əməliyyat kimi baxılmalıdır?

Cavab: Bildiririk ki, ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda isə, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Bax: Vergi Məcəlləsinin 98.3-cü və 109.7-ci maddələri. Eyni zamanda bildiririk ki, ezamiyyə xərclərinin norması və verilməsi qaydalarını tənzimləyən Nazirlər Kabinetinin müvafiq qərarında və Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nda Azərbaycan Respublikasının ərazisində ezamiyyətə göndərilən şəxslər tərəfindən təsdiqedici sənədələrin təqdim olunması göstərilir. Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi barədə əlavə məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Bax: “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Mehmanxanalarda NKA və POS-terminal yerləşdirilməlidir?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email