Faizsiz borc verənə yoxsa borc alana maliyyə sanksiyası düşür?

posted in: Maliyyə, Vergi, Xəbər | 0
birbank biznes

Faizsiz borc Sual: Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsində sanksiya kimə tətbiq edilməlidir? A B-yə nağd qaydada faizsiz borc verir və sonra borc nağd qaydada da geri qaytarılır (hər ikisi vergi ödəyicisidir). Sanksiya A-ya, B-yə və ya hər ikisinə tətbiq edilməlidir?

Həmçinin oxu: Təsisçisi eyni olan şirkətlər bir birinə faizsiz borc verə bilər?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan halda hər iki tərəf vergi ödəyicisi olduğunu nəzərə alaraq nağd qaydada faizsiz borcu verən şəxsə, həmin məbləği nağd qaydada qaytaran vergi ödəyicisinə də həmin maliyyə sanksiyası tətbiq edilməlidir.

Bax: Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.6-cı maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email