fbpx

Hüquqi şəxsin təsisçisi eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərə bilər?

posted in: Xəbər | 0

hüquqi şəxs, fiziki şəxs, gəlir vergisi, rəsmiləşdirmək sədərək MMC sənədlər sənədləşməSual: Vergi qanunvericiliyi imkan verirmi fiziki şəxs eyni zamanda hüquqi şəxs təsisçisi olsun?

• Hüquqi şəxs olaraq dövriyyəsi az olanlara vergi güzəşti varmı?

• Hüquqi şəxsin yaradılması və verilməli olan vergi barəsində məlumat verərdiniz zəhmət olmasa.

Cavab: Bildiririk ki, hüquqi şəxs və təsisçi mülki hüququn fərqli subyektləri hesab olunur. Hüquqi şəxsin təsisçisinin eyni zamanda fərdi sahibkar kimi fəaliyyəti göstərməsi ilə bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Bildiririk ki, kommersiya hüquqi şəxslər vergi orqanında qeydiyyata alınarkən fəaliyyət növləri nəzərə alınmaqla sadələşdirilmiş və ya mənfəət (o cümlədən ƏDV) vergisinin ödəyicisi olmaq seçimini edirlər.

Qeyd olunan vergi növlərinin özünəməxsus vergitutma obyektləri, vergi dərəcəsi və vergi güzəştləri mövcuddur. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxslər əldə etdikləri hasilatdan 2 faiz dərəcə ilə vergi ödəyir. Mənfəət vergisinin ödəyiciləri isə əldə etdikəri gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlidirlər. Mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin isə əldə etdikləri gəlirlərin 75 faizi mənfəət vergisindən azad edilmişdir.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün ,saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
hüquqi şəxs, fiziki şəxs
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!