» » » Finlandiya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Finlandiya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0

vergi sistemiFinlandiyada vergilər çox yüksəkdir. Bu ölkə yüksək həyat səviyyəsi, münasib əmək haqqı və çox təkmil vergi sistemi ilə fərqlənir. Vergi məbləği bilavasitə ödənilən əmək haqqı səviyyəsindən asılıdır. Finlandiyada vergiləri hamı ödəməlidir: həm bu ölkə vətəndaşları, həm də qeyri-rezidentlər.  

Finlandiya xəzinəsinin başlıca hissəsini məhz, sakinlər tərəfindən ödənilən vergilər təşkil edir.

Bu ölkədə vergilər iki kateqoriyaya bölünür:

  1. Dolayı vergilər.
  2. Birbaşa vergilər.

Birbaşa vergilərə, korporativ, kapitaldan gələn mənfəət vergisi, gəlir vergisimülkiyyət vergisi daxildir.

Dolayı vergilərə isə ƏDV, gömrük rüsumları, sosial vergilər, aksiz yığımı aiddir.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Korporativ vergilər müəssisələrin mənfəətindən tutulur. Onu yalnız hüquqi şəxslər, yəni şəxsi biznesi olan sahibkarlar ödəyirlər. Korporativ vergini ödəmək üçün müəssisə səhmdar cəmiyyət, fond və ya kooperativ statusuna malik olmalıdır. Başqa sözlə desək, ödəyici ayrıca vergi ödəyicisi statusuna malik olmalıdır. Bu verginın həcmi müəssisənin illik gəlirinin 26 faizinə bərabərdir.

Kapital məbləğindən ödənilən gəlir vergisini isə nisbətən xırda biznesə malik sahibkarlar ödəyirlər.

Korporativ vergi ilə kapitaldan daxil olan verginin fərqi ondan ibarətdir ki, korporativ vergini yalnız müəyyən statusda olan şirkətlər, kapitaldan daxil olan gəlirlərə görə vergini isə digər sahibkarlar ödəyirlər. Bu cür müəssisələr üçün iki məcburi vergi növü mövcuddur:

  • 18% həcmində. Bu məbləğ müəssisənin aktivlərinin ümumi dəyərinə əsaslanaraq, hesablanır. Beləliklə, əgər müəssisənin ümumi aktivləri 1 000 avroya bərabərdirsə, sahibkar ildə 180 avro vergi ödəməlidir.
  • 28 faiz həcmində. Bu vergi isə müəssisənin illik gəliri və ya dövriyyəsindən ödənilir.

Gəlir vergisi

Bu vergi növünü əmək haqqı alanların hamısı, yəni muzdlu çalışanlar ödəyirlər. Bu, əmək gəlirinə daxildir.

Başqa sözlə desək, gəlir vergisi ümumi məcburi ödənişlərdən biri hesab olunur. Kilsə vergisi və məcburi tibbi sığorta ödənişləri də gəlir vergisinə daxil edilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *