Fiziki şəxs Bankda hesab açarkən VÖEN-nin notarial təsdiqi məcburidir?

posted in: bank, Xəbər | 0

fiziki şəxsSual: Bankda fiziki şəxs üçün VÖEN-lə hesablaşma hesabı açmaq üçün bankdan VÖEN-in notariusdan kopiyasının təsdiqini istəyirlər. Bu nə dərəcədə düzdür? Belə ki, şəhadətnamə-dublikatında VÖEN-də olan göstəricilər göstərilib.

Həmçinin bax: “Banklarda hesabların açılması və bağlanması Qaydası”na dəyişikliklər hazırlanıb

Cavab: Bildiririk ki, bank hesablarının açılması üçün tələb edilən sənədlərin siyahısı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyənləşdirilir. Qeyd olunanan Qaydalarda fərdi sahibkarlar tərəfindən bank hesablarının açılması üçün tələb edilən sənədlərin siyahısında VÖEN-in notariat qaydasında təsdiq edilmiş surətinin müvafiq ərizə formasına əlavə edilməsi nəzərdə tutulmamışdır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bax: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 3-cü hissəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *