Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Fiziki şəxslərin uçotdan çıxarılmasıVergilər Nazirliyi fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlayır.

Bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

“Təhlillər göstərir ki, eyni fiziki şəxslər dəfələrlə vergi orqanlarına müraciət edərək fəaliyyətlərinin dayandırılması müddətlərini (proqram təminatında maksimum 5 il müddət müəyyən olunub) uzadaraq özlərini passiv saxlayırlar. Bu isə ərazilər üzrə vergi ödəyicilərinin faktiki sayının müəyyən olunmasında, təhlillərin aparılmasında çətinliklər yaradır. Problemin aradan qaldırılmasına nail olmaq məqsədilə beynəlxalq təcrübə öyrənilərək fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır. Bundan başqa, NKA-nın vergi orqanlarında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması prosedurlarının təkmilləşdirilməsi sahəsində də işlər aparılır”, – deyə o, qeyd edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onun sözlərinə görə, son zamanlar bir şəxsin bir neçə hüquqi şəxsin təsisçisi və rəhbəri olaraq qeydiyyatdan keçməsi hallarına rast gəlinir ki, bu da bəzi fırıldaqçılara vergidən yayınmaq üçün “münbit” şərait yaradır.

“Belələri insanları iş yeri, əməkhaqqı və gəlir mənbəyi ilə şirnikləndirməklə onların elektron imzasından istifadə edərək yeni hüquqi şəxslər yaradır və fırıldaqçı əməllərinin əhatə dairəsini genişləndirir. Vəziyyətdən çıxış kimi, bu sahədə qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində işlər görülür”-, deyə baş direktor bildirib.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email