Fransa vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Fransa I hissə

Fransada vergilər dünyada ən yüksək vergilərdən biri hesab olunur. Buna baxmayaraq, fransızlar vergiləri ödəməyə vərdiş ediblər və hər il vergi deklarasiyasının doldurulmasına böyük məsuliyyətlə yanaşırlar.

Fransada ölkə büdcəsinin 90%-ni məhz, vergi daxilolmaları təşkil edir. Bütün vergi və yığımların ümumi sayı 200-dən çoxdur.

ƏDV. Fransada ƏDV dövlət büdcəsinə daxil olan əsas istehlak vergilərindən biridir. Ölkə ərazisində istehsal və istifadə olunan məhsullar və xidmətlər bu vergiyə cəlb olunur. ƏDV-nin standart həcmi 20% təşkil edir. Daha yüksək həcmdə 33,3%-ə kimi ƏDV isə alkoqollu içkilər, tütün məhsulları, avtomobillər və digər dəbdəbəli mallara (məsələn, kürklər)  tətbiq olunur. Daha aşağı həcmdə 10- 5,5 və 2,1%-lik ƏDV isə kitablara, zəruri məhsullara və həkim resepti ilə buraxılan bir sıra dərmanlara tətbiq edilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gəlir vergisi fransız vergi sisteminin ən mühüm elementlərindən biridir. Bu vergi Fransa ərazisində və onun hüdudlarından kənarda əldə edilən bütün gəlirləri əhatə edir. Hesablama zamanı vergiyə cəlb olunan əmək haqqı, pensiya, icarə, mükafat, depozit qoyuluşlarına faizlər və digər gəlirlər də nəzərə alınır. Bundan əlavə, vergini təkcə Fransa sakinləri deyil, həm də ölkə ərazisində rəsmi şəkildə gəlir əldə edən əcnəbilər də ödəyirlər.

Gəlirə görə vergi tutulmasının başlıca xüsusiyyəti ondan ibarətdir ki, onun hesablanması zamanı konkret fiziki şəxs deyil, vergi ödəyicisinin ailəsi (həyat yoldaşı, uşaqları və himayəsində olanlar) nəzərə alınır. Tək insanlar bir nəfərdən ibarət ailə hesab olunur.

Proqressiv vergi şkalası illik gəlir məbləğindən asılı olaraq, 0-dan 45%-ə kimi diapazonda beş qrup vergi ödəyicisini əhatə edir.  Fransa “sərvətə görə vergi” tətbiqi təcrübəsi ilə artıq neqativ təcrübəyə malikdir, bu verginin mahiyyəti ondan ibarətdir ki, 1 milyon avrodan çox gəliri olanlar 75%-lik gəlir vergisinə cəlb olunurlar. Nəticədə milyonerlərə  tətbiq edilən bu yenilik özünü doğrultmadığından hazırda ləğv edilib.

Həmçinin bax: Norveçlə bağlı maraqlı və əsrarəngiz faktlar (1-ci hissə)

Mülkiyyət və qiymətli kağızlarla bağlı əməliyyatlar zamanı tətbiq edilən vergilər. Fransada belə əməliyyatlar zamanı vergi, alış və satış zamanı yaranan məbləğ arasındakı fərqdən tutulur və bu zaman bəzi xərclər də nəzərə alınır.

2015-ci ilin avqustundan mülkiyyət əməliyyatları ilə bağlı bu verginin vahid stavkası 40,5% təşkil edir və özündə bunları ehtiva edir:

. kapital artımına görə vergi – 19%

. sosial yığım – 15,5%

. əlavə vergi – 6%-ə qədər.

2012-ci ildən Fransada qiymətli kağızlarla əməliyyatlar zamanı 0,2% -lik yeni vergi tətbiq olunub. Bu vergi yalnız bazar səhmlərinin qiyməti 1 milyard avronu keçən iri fransız şirkətlərinə aiddir.

Daşınan əmlakla bağlı əməliyyatlar zamanı isə vergiyə yalnız qiyməti 20 min avronu keçən əmlaklar cəlb edilir. İncəsənət əsərləri 4,5 və 7%-lik, qiymətli metallar üçün isə 7,5%-lik vergi tətbiq olunur.

Əmək haqqından tutulan vergi. Fransada sosial ödənişləri işə götürən özü ödəyir, bu ödənişlər isə təbii ki, əmək haqqından ödənilir. Səhiyyə, pensiya və sosial sığorta fondlarına aylıq ödənişlər 15% təşkil edir. Bu vəsaitlər isə sonradan xəstəlik vərəqələri, səhiyyə sığortaları və işsizliklə bağlı müavinətlərin ödənilməsindən ötrü dövlət büdcəsinə köçürülür. Yuxarıda dediyimiz gəlirdən vergilər isə indi söz açdığımız müavinətlər ödənildikdən sonra yerdə qalan məbləğdən çıxılır.

Peşə təhsili ilə bağlı vergi. Bütün fransız şirkətlərinə peşəkar təhsilə görə ümumi əmək haqqı fondunun 0,5%-lik həcmində məcburi vergi və üstəgəl daha 0,1% tətbiq edilir. Burada dövlət orqanları, sahə assosiasiyaları və təhsil sahəsinə aid təşkilatlar istisna təşkil edir.

Aksiz yığımı. Aksiz yığımları Fransada vergi yığımının az hissəsini təşkil etmir. Bu vergi alkoqol, tütün məhsulları, qənd, duz və digər kütləvi tələbat mallarının satış qiymətinə əlavə olunur. Aksiz yığımları təkcə dövlət büdcəsinə deyil, həm də yerli büdcələrə istiqamətlənir.

Həmçinin bax: Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (1-ci hissə)

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email