Gecikdirilmiş və təqdim edilməyən bəyannamələrlə bağlı qaydalar təsdiqlənib

posted in: Xəbər | 0

hüquqi şəxsGecikdirilmiş və təqdim edilməyən bəyannamələr ilə bağlı qaydalar təsdiqlənib.

Vergilər naziri Mikayıl Cabbarovun imzaladığı “Vaxtından gec olmaqla təqdim edilən və təqdim edilməmiş bəyannamələr, hesabatlar və arayışlar ilə bağlı qaydalar”ın təsdiq edilməsi barədə əmrdə vergi orqanlarının müvafiq struktur şöbəsinin (bölməsinin) rəhbərinə bəyannamələrini, hesabat və ya arayışları təqdim etməyən vergi ödəyicilərinə xəbərdarlıqların göndərilməsi üçün müvafiq tədbirlər görmək tapşırılır.

Xəbərdarlıq məktubunda

vergi orqanının adı;

vergi ödəyicisi fiziki şəxsin adı, soyadı, atasının adı, VÖEN-i;

hüquqi şəxsin adı,

VÖEN-i, ünvanı,

hüquqi şəxsin rəhbərinin adı, soyadı, atasının adı,

təqdim edilməmiş bəyannamənin adı, dövrü və bəyannamənin Vergi Məcəlləsinə əsasən təqdim edilməli olduğu son tarixi göstərilir.

Məktubda, həmçinin, vergi ödəyicisindən bəyannamənin təcili olaraq təqdim edilməsi tələb olunur. Əks halda, Vergi Məcəlləsinin 38.3.1-ci və 83-cü maddələrinə müvafiq olaraq, növbədənkənar səyyar vergi yoxlaması keçiriləcəyi və ya əlaqəli məlumatlar əsasında vergi hesablanacağı, habelə məsuliyyət məsələsinə baxılması ilə əlaqədar 10 gün müddətində vergi orqanına özünün və ya səlahiyyətli nümayəndəsinin dəvət edilməsi, üzürsüz səbəbdən iştirak etməyəcəyi təqdirdə, məsuliyyət məsələsinə onun iştirakı olmadan baxılacağı bildirilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *