Gələcəyin mühasibatlığı (II hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

(Məqalə rus dilli internetin məlumatları əsasında hazırlanıb) 

Əvvəlki məqalədə gələcəyin mühasibatlığı haqqında fikirləri bölüşərkən, kollasiyanı adekvat məlumatların aşkarlanması, hesabların yoxlanması üsulu kimi qeyd etmişdik. Həmin məqalə ilə buradan tanış ola bilərsiniz.  İndi isə vahid uçotun mühasiblərin taleyinə necə təsir etməsinə baxaq.

Kollasiya – vahid kompüter uçotudur

Kollasiya – bir qədər də geniş anlamda götürsək, bu, ümumi və vahid kompüter uçotudur – o, qaçaqmalçılığı kökündən məhv edir.

Bəli, bilirəm ki, qaçaqmalçılıq məhsulunu əldən-ələ ötürmək olar, pulları isə belə deyək, konsultasiya və ya vasitəçilik xidmətinə görə almaq olar. Bu imkanın qarşısını almaq üçün mülki qanunvericiliyi təkmilləşdirmək lazımdır ki, bu da heç bir “maddi” əsaslandırma olmadan istənilən məbləğdə pul ödəməyə imkan verir. Amma xatırladıram: tapşırığın şərtləri odur ki, mal alıcısı sadəcə maddi örtük deyil, qeydiyyatdan keçmiş leqal məhsul almağı arzu edir.

Gələcəyin mühasibatlığında kollasiyanın nəzarət imkanları bununla bitmir: uçot düzgün qurulduqda təmin olunmamış sövdələşmələr, sadəcə, qeydiyyata alınmır!

Təminatsız olaraq heç bir şeyə əsaslanmayan öhdəlikləri başa düşürəm. Məsələn, bir həftə sonra bir milyon rubl verməyi vəd edirsiniz, amma, pulunuz yoxdur və yaxın gələcəkdə gözlənilmir. Hazırda pulun mövcud olmadığını necə yoxlamaq olar, aydındır – bank hesabındakı qalığa görə – amma, yaxın vaxtlarda pulun gözlənilmədiyini necə yoxlamaq olar? Digər öhdəliklər üzrə. “Bir həftə ərzində gözlənilir” nə deməkdir? Yalnız onu bildirir ki, siz bir şəxsin və ya müəssisənin kreditoru olduğunuzu, həftənin sonuna qədər sizə müəyyən bir məbləğ verməyi öhdələrinə götürmüşlər.

Əgər göstərilən məbləğ bir milyon rubl təşkil edirsə, yəni, həftənin sonuna qədər sizə bir milyon rubl verməlidirlər. Lakin bir həftə sonra, bundan əvvəl deyil – sizin bu bir milyonu birinə vəd etmək hüququnuz var, əks halda əməliyyat qeydiyyatdan keçməyəcəkdir. Öhdəliklərin əmələ gəlməsini nəzərdə tutan əqdlər borclunun ehtimal edilən ödəniş zamanı lazımi məbləğə malik olub-olmamasından asılı olaraq qeydə alınır.

Başa düşürəm ki, İT menecerlər üçün mənim gələcəyin mühasibatlığı haqqında mülahizələrim yaddır və inandırıcı səslənmir. Amma əmin edirəm ki, söhbət – nə çox, nə də az – müflisliyin avtomatik xəbərdar edilməsindən gedir. Əgər öhdəliyin icrasının ehtimal olunan anında zəruri məbləğə və ya zəruri əşyalara malik deyilsə (malik olmamalıdır), bunu heç kəs öhdəsinə götürə bilməz. Lakin sistem dəyərlərin itirilməsi ilə nəticələnən fövqəladə hadisələr və təbii fəlakətləri nəzərdə tutmağı təmin edə bilməz.

Müəssisə maddi bir şeyə malik idi və onlara öhdəlik verirdi, lakin zəlzələ nəticəsində dəyərlər məhv edildi və bunun nəticəsində borc ödənilmədi. Lakin öhdəliklərin qərəzli olması bilərəkdən yerinə yetirilməyəcək bir şey vəd etmək imkanı tamamilə istisna olunacaq.

Nəticə

Mühasibat uçotunun əsl kompüterləşdirilməsinin nəticələrini hesablamaq asandır. Bunlardan ən başlıcası, gələcəyin mühasibatlığında aşağıdakı uçot funksiyalarının itməsi səbəbindən mühasiblərə bugünkü anlamda ehtiyacın aradan qalxmasıdır:

  • kağız sənədlər yazmaq və kompüterin məlumat bazasına sənədlərin daxil edilməsi;
  • mühasibat hesabatlarının tərtibi. Mühasibatlıq vahid məlumat bazasında aparılırsa, hansı hesabatlardan söhbət gedə bilər?! Bazaya daxil ol (əgər giriş hüququn varsa), sorğunu generasiya et. Kimdənsə mühasibat hesabatını tərtib etməyi xahiş etmək, kompüterdəki düymələri basmaq üçün xüsusi adam tutmaq kimi məntiqsizdir. Axı, kimin ağlına belə bir fikir gələ bilərdi ki, mühasibat hesabatının tərtib edilməsi üçün düyməyə basmaq və bir saniyə gözləmək lazım gələcək – bundan ötrü isə məlumat bazasında standart qeydlərin və müvafiq olaraq, mühasibat hesabatının tərtib edilməsi üçün gərək olan alqoritm standartlarının olması yetərlidir;
  • mühasibat normativlərindən baş çıxarmaq. Əslində, heç bir normativ və ya belə desək, tənzimləyici qalmayacaq: gələcəyin mühasibatlığında, ümumkompüter uçotunda o kimə lazımdır – standart mühasibat proqramının azsaylı hazırlayıcıları və terminalların sazlanması üzrə mütəxəssislərə?

Məhz belədir: avtomat turniketlər biletləri inkar etdiyi kimi, kompüter uçotu da mühasibləri inkar edir. Tam kompüterləşdirilmiş cəmiyyətdə heç bir mühasib, eləcə də onların mövcudluğu ilə bağlı auditorlar və vergi işçiləri olmayacaq. Mühasiblərin yox olması nəticəsində, auditorların da audit aparmasına ehtiyac qalmayacaq. Eləcə də pul tranzaksiyalarının keçirilməsi zamanı vergilər avtomatik hesablanacaq və avtomatik olaraq alınacaq. Bu səbəbdən vergi orqanına da lüzum qalmayacaq.

Qeydiyyat qeydlərinin avtomatik daxil edilməsi zamanı yeganə düzgün və mümkün həll belədir: tərəflər sövdələşmə haqqında razılığa gəlirlər, vergilər də müvafiq olaraq dövlətin xeyrinə avtomatik olaraq, proqrama daxil edilmiş alqoritmlər əsasında tutulur!

Verginin hesablanmasında yanılmaq və ya ödənilməli olan məbləğin köçürülməməsi vergi ödəyicisi tərəfindən texniki cəhətdən mümkün deyildir.

Bax, gələcəyin mühasibatlığı belədir – adamsız və təhlükəsiz.

Müasir mühasibatlıq hələ də belə deyilsə, bu texniki imkanların olmaması səbəbindən deyil, bu köhnəlmiş metodlardan istifadə etməkdə maraqlı olan çox sayda insanın olması ilə əlaqəlidir. Mühasiblər, auditorlar, vergi müfəttişləri – onların hamısı əsl kompüter uçotundan sonra işsiz qalacaqlar.

Dünyanın ən varlı ölkələri

Print Friendly, PDF & Email