Gələn il pensiyalar nə qədər artırılacaq?

posted in: Xəbər | 0
birbank biznes

ehtiyac meyarı, yaşayış minimumu, emek haqqi əmək haqqı əməkhaqqının artımı əmək haqqı emek haqqiBu il qanuna edilən dəyişikliyə əsasən, pensiya məbləği hər il əvvəlki ilin orta aylıq əmək haqqının artım faizinə uyğun indeksasiya olunacaq. (pensiyalar)

Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminati şöbəsinin müdiri Eyvaz İsmayılovun sözlərinə görə, 2019-cu ildə orta aylıq əmək haqqında təxminən 14-15 faizlik artım qeydə alınıb. Bu isə o deməkdir ki, pensiya məbləğləri də elə o qədər artırılacaq: “Əvvəlki dövrlərdə pensiyaların yalnız baza hissə indeksasiya olunurdu. Artıq pensiyaların baza hissəsi ləğv olunduğuna görə bu il pensiya məbləği tam indeksasiya olunacaq. Yanvar ayından etibarən pensiya məbləğlərində artımları müşahidə edəcəyik və pensiyaçılar gələn aydan artırılmış pensiya məbləği ala biləcəklər. Məsələn, 200 manat pensiya alan şəxsin pensiyası gələn ilin yanvarından 14-15 faiz indeksləşdirilərək 228-230 manata çatdırılacaq”.

Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşların yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq. Məsələn, 2019-cu il ərzində infilyasiya səviyyəsi təxminən 4 faiz təşkil edib. Vətəndaşın pensiya kapitalında 30 min manat toplanıbsa, həmin məbləğin üzərinə 4 faiz əlavə vəsait hesablanacaq.

Qeyd edək ki, pensiya kapitalı vətəndaşların pensiyaya çıxması üçün tələb olunan şərtlərdən biridir. Yəni pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 min 800 manat minimum pensiya kapitalı olmalıdır. Bu iki şərtdən biri yerinə yetirilməklə, vətəndaş yaşı çatanda pensiyaya çıxa bilər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
pensiyalar,  pensiya
Print Friendly, PDF & Email