“Gəlir vergisi üzrə güzəşt nəticəsində büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq”

posted in: Xəbər | 0
birbank biznes

Gəlir vergisi“Gəlir vergisi üzrə güzəşt nəticəsində büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq. Hətta ən optimist ssenarilər üzrə getsə, gəlir vergisi üzrə hər hansı itki olmayacaq”.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bu gün keçirdiyi brifinqdə deyib.

“Gəlir vergisinin 8 min manatadək olan hissəsinin vergidən azadolunmasının maliyyə tutumu dedikdə, yalnız itkiləri hesablasaq, bunu rahat demək olar. Lakin nəzərə alsaq ki, bu daha çox qeyri-şəffaf və ya real əmək münasibətlərinin rəsmiləşdirilmədiyi şəraitdə verilən güzəştdir, biz hesab edirik ki, burda büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq. Hətta ən optimist ssenarilər üzrə getsə, gəlir vergisi üzrə hər hansı itki olmayacaq. Əksinə əmək münasibətləri rəsmiləşdiriləcək, yüksək əmək haqları hesabına daxilolmalarda da hər hansı ciddi itkilər olmayacaq” ,- deyə o vurğulayıb.
Bax: Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştləri açıqlanıb

O bildirib ki, bütövlükdə şəffalığın təmin olunması, vergidən yayınmanın qarşısının alınması üçün bütün istiqamətlərdə vergi inzibatçılğı və vergi nəzarəti tədbirlərində qanundan irəli gələrək kifayət qədər sərt addımlar atılacaq. Baş direktor icarədən gəlir əldə edən şəxslərin vergiyə cəlb olunması ilə bağlı da məlumat verib. “Əgər icarəyə verən şəxs hüquqi şəxsdirsə, həmin şəxslər əldə etdikləri icarə haqlarından mənfəət vergisi ödəməlidirlər.

Əgər icarəyə verən şəxs vergi ödəyici olmayan fiziki şəxsdirsə, ondan icarəyə götürən sahibkar tərəfindən ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmaqla vergilər ödənilir. Vergi Məcəlləsinin 14-cü maddəsi və müvafiq olaraq 124-cü maddəsinə əsasən icarə haqqından gəlirlərə də bazar qiymətlərinin tətbiqi nəzərdə tutulur. Yəni, vergi orqanı vergi nəzarəti tədbiri zamanı əgər icarədən gəlir əldə edən şəxslərin gəlirlərinin azaldılmasına dair mənbəyi bəlli məlumata malik olarsa və ya bazar qiymətinin tətbiqinə hər hansı əsas yarandığı halda bazar qiymətləri tətbiq olunmaqla icarə haqqından gəlirləri hesablamaq hüququna malikdir. Bu, bu gün də qüvvədə olan qanundan irəli gələn vergi orqanının hüququdur”.

Bax: İnzibati şikayət zamanı vergi ödəyicisinin bank hesabından pul vəsaitinin silinməsi dayandırılacaq

Qeyd edək ki, parlamentin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8000 manatadək olduqda səviyyəsində, əməkhaqqı 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

Mənbə: report.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email