Gəlir vergisindən azadolmalar və güzəştlər

posted in: Vergi, Xəbər | 0

GəlirAşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

● Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

● Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

● müharibə əlillərinin;

● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);

● 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

● qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

● Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin. I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Həmçinin bax: 


Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

● 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

● Əfqanıstana və döyüş əməliyyatları aparan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına
çağırılmış hərbi vəzifəlilər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *