fbpx

Gəlir vergisinin olmadığı 7 ştat

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Ştatlar sakinlərdən gəlir vergisini təhsil və səhiyyə xidmətlərini maliyyələşdirmək, bələdiyyə infrastrukturunu saxlamaq üçün toplayırlar. Ştatların gəlirlərinin böyük hissəsi fiziki şəxslərdən tutulan gəlir vergisi, eləcə də satışdan və biznes-vergilərdən əldə olunan vəsaitlərdən formalaşır. Buna baxmayaraq, Amerikanın bəzi ştatlarında gəlir vergisi tutulmur. Gəlir vergisi olmayan ştatları diqqətinizə çatdırırıq. (ştat)

Alyaska

Alyaskada fərdi gəlir vergisi və ya satışdan vergi yoxdur. Ştatın əldə etdiyi gəlirlərin böyük əksəriyyəti Trans-Alyaska boru xətləri sistemi ilə ixrac edilən neftdən daxil olur.

Neft qiymətləri yüksək olduqda, ştat gəlirlərdən artıq qalan vəsaitləri Alyaska daimi fonduna köçürür. Lakin, son zamanlar neft qiymətləri düşməkdə davam edir və ştatda artıq gəlir vergisinin tətbiq olunması üzərində düşünürlər.

Florida

Gəlir vergisinin olmaması, ilboyu mülayim iqlimi, yüksək iş perspektivləri Floridanı ora köçənlər üçün çox cəlbedici bir ştata çevirib. Bu ştatda digər vergilər, məsələn, satışdan – 6% vergi tutulur.

Nevada

Nevadada gəlir vergisinin olmamasını satışdan tutulan vergi – 6,85% (Sözügedən vergi üzrə dərəcəyə görə ABŞ-da 13-cü yer) kompensasiya edir. Növbəti ildən ştatın hakimiyyət orqanları satışdan olan vergi stavkasını qaldırmaq niyyətindədirlər.

Cənubi Dakota

Cənubi Dakota – az əhalisi olan ştatlardan biridir. Burada gəlir vergisi yoxdur, eləcə də satışdan ödənilən vergi stavkası 4,55 təşkil edir. Buna baxmayaraq, iş yerləri ilə bağlı vəziyyət bu ştatda yaxşı deyil, minimum əməkhaqqı isə burada bir saat üçün cəmi 8,65 dollar təşkil edir.

Texas

Texas sakinləri də gəlir vergisi ödəmirlər, lakin daşınmaz əmlakla əlaqəli mənfəətə görə  6,4% stavkası ilə vergi ödəyirlər ki, bu da ölkədə ən yüksək vergi tariflərindən biri hesab olunur. Bundan əlavə, bir saat üçün minimum əməkhaqqı bu ştatda 7,25 dollar təşkil edir.

Vaşinqton

Vaşinqtonda gəlir vergisi yoxdur, lakin, satışdan olan vergi 6,5% təşkil edir. Bir saat üçün minimum maaşlar burada 11 dollar təşkil edir.

Vayominq

Vayominqdə fərdi gəlir vergisi və biznesə görə mənfəət vergisi yoxdur, bu həmin şatatı bizmesmenlər üçün cəlbedici edir. Bundan əlavə, satışdan tutulan vergi də 4% təşkil edir. Vayominq də başlıca gəlirlərini neft hasilatından əldə edir və bu da gəlir vergisini kompensasiya edir.

2022-ci il üçün Tennesi ştatının gəlir vergisi olmayan səkkizinci ştat ola biləcəyini vəd edirlər.

Gəlir vergisi olmayan ştatda yaşamaq cəlbedici ideya kimi görünə bilər. Amma, unutmaq lazım deyil ki, ştatın lazım olan vəsaitləri əldə etməsindən ötrü sizlərdən digər vergilərin – məsələn, satışdan və ya daşınmaz əmlaka görə – tutulacağı da bir gerçəklikdir.



Print Friendly, PDF & Email
error: Content is protected !!