“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək

posted in: Xəbər | 0
birbank biznes

konfrans23 yanvar 2019-cu il tarixində Fairmont hotelində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkiltları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcəkdir.

Konfransda aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin, sahibkarların iştirakı ilə gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət, müasir dövrün çağırışları, perspektivlər mövzusunda beynəlxalq ekspertlərin, eləcə də yerli mütəxəssislərin təqdimatları, təhsil və bacarıqlar, gənclərin sahibkarlığı və qanunvericilik mövzularında panel sessiyaların keçirilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, konfransda BƏT-in 22 yanvar tarixində “Əməyin Gələcəyi” mövzusunda hazırladığı Qlobal Hesabatın ilk dəfə olaraq Bakıda təqdimatı keçiriləcəkdir.

21 yanvar 17:00-dək iştirakınız barədə əlaqələndirici şəxsə məlumat verməyiniz xahiş olunur.

Konfransın başlama vaxtı: 09:30, Qeydiyyat: 09:00-09:30

Əlaqələndirici şəxs: Taleh Sadıqov (Tel.: (+994 12) 465 72 42/105; (+994 50) 641 77 53, )

Hörmətlə,

Vüsal Əzizov

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyası

Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsinin  müdiri

Tel:   (+994 12)  465 72 43 (daxili: 105)

Faks: (+994 12) 465 72 42

 www.ask.org.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email