Geri qaytarılan məbləğ ƏDV bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?

posted in: Vergi, Xəbər | 0

Geri qaytarılan məbləğ

Sual: Hüquqi şəxs mağazalarda pərakəndə ticarətlə (geyim və aksesuar satışı) məşğul olur. Bildiyimiz kimi, satılan malların geri qaytarılması halları olur. Belə hal olduqda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada və tələb olunan sənədlərlə qaytarış həyata keçirilir. Qaytarış zamanı müştəri ilə geri qaytarış AKT-ı və pulun verilməsini təsdiq edən məxaric orderi imzalanır. Sualım belədir: Geri qaytarışların məbləği ƏDV bəyannaməsi təqdim olunan zaman hansı qaydada nəzərə alınır? Məsələn, əgər yanvar ayında dövriyyəm 100 manat, geri qaytarış AKT-larımın cəmi isə 25 manat olmuşdur. Geri qaytarılan məbləğ ƏDV bəyannaməsində hansı sətirdə qeyd olunacaqdır?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, ƏDV məqsədləri üçün vergitutma obyektini malların təqdim edilməsi, yəni mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi təşkil edir.

Bu baxımdan da, hesabat ayı daxilində müvafiq qaydada rəsmiləşdirməklə istehlakçı tərəfindən alınan və geri qaytarılan mallar təqdim olunmuş hesab edilmir və onların dəyəri ƏDV bəyannaməsində göstərilmir.

Malın satışı ilə geri qaytarılması ayrı-ayrı aylarda baş verdikdə isə mal satılan ayda onun dəyəri bəyannamənin “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” adlı 301-ci sətri, geri qaytarılan ayda isə “ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan dövriyyə” adlı 319-cu sətrində göstərilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 159.1-ci və 163-cü maddələri, vergilər nazirinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Həmçinin bax: Beynəlxalq daşıma xidməti vergi agentində ƏDV üzrə öhdəlik yaradır?

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *