Gilan Holding Mühasib axtarır

birbank biznes

Vəzifə: Mühasib (Gilan Tekstil Parkı)

Kateqoriya: Yüngül Sənaye

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər

İş yeri: Azərbaycan / Sumqayıt

Təhsil: Bakalavr

Tələb olunan ixtisas: Maliyyə

Öhdəliklər:

  • “Gilan Tekstil Park” MMC-nin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət etmək;
  • Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması təmin etmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirmək.

Namizəddə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Mühasib kimi ən az 3 il iş təcrübəsi;
  • Beynəlxalq mühasibatlıq bilikləri;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Vergi məktublarının cavablandırlması;
  • MS Office proqramlarını (xüsusəndə Excel) yüksək səviyyədə bilmək;
  • Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmaq;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Mal-materialların uçotunun aparılması və balansın çıxarılması bacarıqları.

Dillər:

Azərbaycan: Ana dili

İngilis: Orta səviyyədən yuxarı

Rus: Orta

İT bilikləri: MC office,ERP

Müraciət üçün bu linkə daxil olun.

Mənbə: gilanholding.com

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email