Gömrük ödəmələri fevral ayında azalıb

posted in: Xəbər | 0
birbank biznes

idxal rüsumları, ixtisar, büdcə, DGK, gömrük, mal, idxal, dövlət büdcəsi, büdcə daxilolmaları, konsepsiya layihəsi, gömrük daxilolmaları, Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükBu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 329,605 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin fevral ayına nisbətən 6,428 milyon manat və yaxud 1,9% azdır. (Gömrük ödəmələri)

DGK-dən verilən məlumata görə, hesabat ayında gömrük rüsumları illik müqayisədə 14,144 milyon manat və yaxud 19,6% artaraq 86,309 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 18,563 milyon manat və yaxud 7,5% azalaraq 230,080 milyon manat, aksizlər üzrə daxilolmaları 2,214 milyon manat və yaxud 18,4% azalaraq 9,834 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 205 min manat və yaxud 6,45% artaraq 3,382 milyon manat təşkil edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Gömrük ödəmələri
Print Friendly, PDF & Email