Bir sıra xammalların ölkəyə idxalı gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0
birbank biznes

kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiDaxildə istehsalı dəstəkləmək məqsədilə bir sıra xammalların ölkəyə idxalı gömrük rüsumundan azad edilib (gömrük rüsumu)

Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə iki hissədən ibarət dəyişiklik edilib. Birinci hissəyə əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15 faizdən 0 faizə endirilib. Ölkədə fəaliyyət göstərən 500 müəssisənin istifadə etdiyi xammalın siyahısı təhlil edildikdən sonra Azərbaycanda istehsal olunmayan və yaxın gələcəkdə də istehsal olunacağı gözlənməyən xammalların siyahısı müəyyənləşdirlib. Müəyyən edilib ki, ölkəyə xammal olaraq əsasən metallurgiya, kimya, rezin plastmas və qida sənayesinə aid olan məhsullar idxal edilir.

Bundan əlavə, bu sadalanan xammalın istifadə olunduğu hazır məhsulların da ölkəyə idxalı getdikcə artmaqdadır.

Odur ki,

1) idxalın əvəzlənməsi,

2) daxildə istehsalı dəstəkləmək,

3) ixracı stimullaşdırmaq,

4) istehsalı genişləndirmək, nəhayət,

5) yeni iş yerləri açılmasına şərait yaratmaq məqsədilə bu xammalların idxal rüsumu 0 faizə endirilib.

Yerli istehsalçı ucuz xammalla təmin edildikdə istehsal edilən son məhsul da 15 faiz ucuz başa gələcək ki, nəticədə məhsulun maya dəyərini aşağı düşəcək. Bu da, öz növbəsində, həmin məhsulların daxili bazarda ucuzlaşmasına, xarici bazarda isə rəqabətqabiliyyətliliyinin artmasına səbəb olacaq. Nəticədə, bu iki göstərici həm daxildə, həm də xarici bazarda satışın artmasını stimullaşdıraraq istehsalın genişləndirilməsinə imkan yaradacaq. İstehsalın genişlənməsi isə yeni iş yerləri, məşğulluğun artması, bu sahədə çalışan vətəndaşların rifahının yüksəlməsi deməkdir.

Nəhayət, bu qərar bəzi məhsulların ölkəyə idxalının azalmasına və əksinə, ixracın artmasına təsir göstərəcək ki, bu da ölkədən valyuta axınını müəyyən qədər azaltmaqla yanaşı, eyni zamanda, ölkəyə əlavə xarici valyuta gətirilməsini təmin edəcək.

Qərarın 2-ci hissəsi isə ölkədən ferroərintilərin ixracını stimullaşdıracaq. Qərara əsasən, ölkədə istehsalına başlanılmış ferroərintilərin ixrac rüsumu 5 faizdən 0 faizə endirilib. Məqsəd xarici bazarda onun rəqabətqabiliyyətliliyini artırmaq və ixracı stimullaşdırmaqdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük rüsumu
Print Friendly, PDF & Email