Bu məmulatlar gömrük rüsumlarından azad edildi

posted in: Xəbər | 0
birbank biznes

sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən səthi sıxlığı 25 q/m2-dən çox, lakin 70 q/m2-dən çox olmayan kimyəvi iplər və səthi sıxlığı 70 q/m2-dən çox, lakin 150 q/m2-dən çox olmayan kimyəvi iplər gömrük rüsumlarından azad edilib.

Qeyd edək ki, gömrük rüsumundan azad edilən bu məmulatlar tibbi maskaların istehsalında istifadə olunur.

Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumları’nın dərəcələri”ndə dəyişiklik edilməsi barədə

AR Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 yanvar tarixli 28 nömrəli, 7 fevral tarixli 34 nömrəli, 17 fevral tarixli 44 nömrəli, 27 fevral tarixli 72 nömrəli və 5 mart tarixli 84 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 5603 12 100 0 və 5603 13 100 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.
  2. Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 25 mart 2020-ci il
№ 114

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email