“Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edildi

posted in: Xəbər | 0
birbank biznes

Gömrük yığımlarıAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 344
Bakı şəhəri, 6 avqust 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 823) ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1.1-2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1.1. gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat;

2.1.2. gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat;

2.1.3. gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat;

2.1.4. gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat;”;

1.2. aşağıdakı məzmunda 2.1.5-2.1.7-ci yarımbəndlər əlavə edilsin:

“2.1.5. gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat;

2.1.6. gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat;

2.1.7. gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.”;

1.3. 2.6.1-ci yarımbənddə “20” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin;

1.4. 2.6.2-ci yarımbənddə “15” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin;

1.5. 5.1.2-ci yarımbənddə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email