» » » Gürcüstan vergi rejimi barədə bilmədiklərimiz (1-ci hissə)

Gürcüstan vergi rejimi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Gürcüstan vergi rejimiKorrupisiya üçün münbit şərait yaradan yüksək vergi dərəcələri, mürəkkəb vergi sistemi, ƏDV-nin geri qaytarılması zamanı yan ötmələr, rüşvət hesabına vergi güzəştləri, sahibkarlar və vergi müfəttişləri arasında “müqavilələr”, vergini ödəməkdən imtina edənlərin üzərinə hücumlar. Bütün bunlar 2004-cü ilədək Gürcüstanda hökm sürən vəziyyəti əks etdirir.

Dünyada ən əlverişli vergi qanunvericiliyi, elektron alətlərin köməyilə keyfiyyətli xidmət göstərən vergi müfəttişliyi, sahibkarlar əmindirlər ki, vergiləri ödəmək lazımdır. Bunlar isə 2011-ci ildən bəri Gürcüstanda hökm sürən vəziyyəti əks etdirir.

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

2004-cü ildə hakimiyyətə gəldikdən sonra Mixail Saakaşvili və onun komandası tərəfindən həyata keçirilən uğurlu vergi islahatları heç kimdə şübhə doğurmur. İslahatlar nəticəsində Gürcüstan sahibkarlığın aparılması ilə bağlı asanlığa görə Doing Businessin reytinqində 100 bənd irəliləyərək dünya ölkələri sırasında 112-ci yerdən (2005-ci il), 12-ci yerə (2011-ci il) yüksəldi. Vergiləri ödəyən şirkətlərin faizi isə həmin dövrdə 35%-dən 78-85%-ə yüksəldi. ÜDM-ə münasibətdə büdcə gəlirləri 2003-cü ildəki 16%-dən 2011-ci ildə 31%-ə yüksəldi.

Gürcüstan hökuməti vergi sistemi ilə bağlı islahata onun dərəcələrini kəskin şəkildə aşağı salmaqdan yox, vergi xidməti əməkdaşlarının motivasiyası sistemindən başladı. Çünki burada polis sitemində olduğu kimi bütün əməkdaşların birdən işdən çıxarılması təcrübəsindən istifadə etmək mümkün olmadı. O səbəbdən hökumət qarşısına əməkdaşların mentallığını dəyişdirmək məqsədi qoydu, motivasiya sisteminə keçid etdi.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Korrupsiyaya yol vermiş vergi müfəttişləri ilə bağlı sərt cəzalar, iri korrupsiyaçıların səs-küylü həbsləri ilə əlaqəli Tv-də gedən xəbərlər rüşvət almaq meylini tez sıradan çıxardı. Hakimiyyət orqanları korrupsiyada şübhəli bilinən keçmiş məmurlar və sahibkarların kütləvi həbsini həyata keçirdi və sonra onlara bir növ günahlarını yumaq üçün büdcəyə pul köçürmələrinə şərait yaratdı. Bu yolla ölkə büdcəsinə çox iri məbləğlərdə, bəzən on milyonlarla dollar həcmində vəsaitlər ödənildi.

Bu metodlar insan hüquqları ilə məşğul olan təşkilatlar tərəfindən bəyənilməsə də, cəmiyyətə və məmurlara oyun qaydalarının dəyişildiyindən və ölkənin yeni qanunlarla yaşamağa məhkum olduğunu nümayiş etdirdi.

Vergi qanunvericiliyində dəyişikliklər yeni vergi kodeksi və vergi amnistiyası haqqında yeni qanunun 2005-ci ildə qəbulundan sonra başlandı. İslahatlar üç mərhələdə həyata keçirildi.  2005-2006-cı illəri əhatə edən birinci mərhələnin başlıca uğuru vergi sayının 22-dən 7-ə endirilməsi, prosedurların sadələşdirilməsi və vergi bazasının genişləndirilməsi ilə bağlı oldu.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *