102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir?
Sual: Vergi Məcəlləsinin: 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının.. – maddəsində övladlarinin dedikdə şəhid övladlarının yaş həddi nəzərdə tutulmuşdurmu?
Bu güzəşti tətbiq etmək üçün işçi hansı sənədlər təqdim etməlidir?
Cavab: Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır və güzəştdən istifadə etmək üçün yaş həddi nəzərdə tutulmamışdır. Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:
- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
- AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi
Mənbə: taxes.gov.az
Bax:
Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar
Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?
Əvəzləşdirilməyən ƏDV xərc kimi nəzərə alınırmı?
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi
POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?
İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)
Ödəmə mənbəyində verginin tutulması
Hədiyyə kartları vergiyə necə cəlb edilir?
Leave a Reply