Hamiləliyə və doğuma görə müavinət – Müavinəti almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 0
Hamiləliyə və doğuma görə müavinət 

Hamiləlik və doğum sosial sığorta hadisəsi hesab olunur və hamiləliyə və doğuma görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.

Hamiləliyə və doğuma görə müavinət hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.

Hamiləliyə və doğuma görə müavinət almaq hüququ olan şəxslər

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin hamiləliyə və doğuma görə müavinəti almaq hüququ vardır.

Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin aylıq maksimal həddi yaşa görə əmək  pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.

Misal. Aylıq qazancı 2000 manat olan şəxs üçün 22 iş günündən ibarət aya görə müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat olduqda)  gündəlik maksimal həddi 113,63 ((100 manat*25)/22) manatdan artıq ola bilməz.

Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin  hesablanmış Hamiləliyə və doğuma görə müavinət hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı  olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.

Misal. Aylıq qazancı 2000 manat olan şəxs üçün 22 iş günündən ibarət aya görə müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat olduqda)  gündəlik maksimal həddi 13,63 ((100 manat*25)/22)*12% manatdan artıq ola bilməz.


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *