Hansı biznes virus səbəbiylə sıradan çıxacaq? (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Hansı biznes sıradan çıxacaq? (1-ci hissə)

Unikal böhran iqtisadiyyatın strukturunu yenidən quracaq: bir seqmenti öldürəcək, digərini isə yaradacaq. Yeni dünyada hansı bizneslərə və peşələrə tələbat olacaq və hansı bizneslər tükənmək təhlükəsi altında qalacaq?

Unikal böhran

Koronavirus pandemiyası səbəbiylə qlobal iqtisadi enişin dərinliyini hələ müəyyən etmək lazım gələcək. Dövlət başçıları bir-birinin ardınca təkrar edirlər ki, onların ölkələrini İkinci Dünya müharibəsinin başa çatmasından sonra ən güclü böhran gözləyir, BVF-nin rəhbəri Kristalina Georgiyeva isə bu yaxınlarda bildirib ki, qlobal iqtisadiyyatın tənəzzülü son 100 ildə, Böyük Depressiya dövründən bəri ən böyük böhran olacaq.

Bu tip bir böhranı ilk dəfədir ki, görürük, “Expert RA”-nın makroiqtisadiyyat üzrə direktoru Anton Tabax belə deyir. “Bu istehsal böhranı deyil, eyni zamanda bir çox ölkədəki iqtisadi durğunluğun yaratdığı texnogen böhrandır – ekspert dəqiqləşdirir.  –  Son oxşar böhran – neft qiymətləri ilə bağlı böhran – 1970-ci illərdə olmışdu və Rusiyada da oxşar bir şey 1990-1994-cü illərdə SSRİ-nin dağılması zamanı müşahidə edilmişdi. “Bununla birlikdə, hər iki halda yüksək inflyasiya və yüksək dərəcələr mövcud idi, – Tabax izah edir. – İndi isə sıfır dərəcələrdir və belə bir halı biz ilk dəfədir ki, müşahidə edirik”.

“100 il əvvəl Con Keyns, əmanətlərin destimulizasiya zamanı bunu “evtanaziya rantyesi” adlandırmışdı, – Tabax sözünə davam edir. – Yalnız Keynsin dövründə bu inflyasiya vasitəsilə, indi isə sıfır dərəcələr vasitəsilə realizə olunur”.  Dövlətlərin hər biri milli iqtisadiyyatlarını özlərinə uyğun yolla stimullaşdırmağa çalışacaqlar. “Lakin, bütün ölkələrin iqtisadi siyasətində ümumi olan – bu, hərbi dövrün məntiqidir: hər şey cəbhə üçün, hər şey qələbə üçün. Xarici düşmən yoxdur, fiziki dağıntılar yoxdur. Lakin bütün səylər iqtisadiyyatın, biznesin və əhalinin xilasına istiqamətlənib. Hazırda məsələnin dəyəri vacib deyil”.

Pul yoxdur və olmayacaq

“BVF-nin üzvü olan 180 ölkədən 170-də adambaşına düşən gəlirlərin azalması gözlənilir. Dünyanın bütün ölkələri üçün əsas problemlər işsizliyin (bəzi regionlarda 50% -ə qədər) və yoxsulluğun artması olacaq”, – “Oporı Rossii” şirkətinin birinci vitse-prezidenti Pavel Siqal xəbərdarlıq edir. ABŞ prezidentinin iqtisadi məslələr üzrə böyük məsləhətçisi Kevin Hassett bu günlərdə söyləyib ki, iyun ayında ölkədə işsizlik 16-20% təşkil edəcək. Bu, Böyük Depressiyadan bəri ən yüksək işsizlik nisbəti olacaq: o vaxt, 1933-cü ildə ən yüksək göstərici 25% təşkil etmişdi. Digər ölkələrdə də oxşar vəziyyət yaşanır.

“İnkişaf etmiş iqtisadiyyatların dayağı sayılan orta sinif yoxa çıxa bilər, ən zəngin adamlarla, ən kasıb insanlar arasında fərq indikindən daha çox ola bilər, – Siqal belə deyir. “Yoxsulluğun artması qaçılmaz olaraq bir çox ölkələrdə daxili siyasi qeyri-sabitliyin artmasına gətirib çıxaracaq, – “Alqo-Kapital”ın idarəetmə üzrə direktoru Mixail Xanov belə güman edir. – Biz artıq görürük ki, bir çox dövlətlər tələsik şəkildə əhalinin sosial dəstəyi ilə bağlı irimiqyaslı proqramlar qəbul edirlər. Lakin hansısa ölkələrdə yaranmış vəziyyət dövlət diktaturasının gücləndirilməsi üçün stimul olacaq”.

Koronavirus böhranından ölkələr fərqli sürət və müxtəlif itkilərlə çıxacaqlar. “Koronavirus Avropa ölkələrini parçalayıb – iqtisadi zəncirlər qırılır, vahid dəstək tədbirləri yoxdur. Belə ki, böhrandan çıxmaq Avropa üçün sadə olmayacaq, – Raison Asset Management-in idarəetmə üzrə partnyoru Andrey Berezin belə deyir. –  ABŞ-da Avropa və xüsusilə Rusiya ilə müqayisədə iqtisadiyyatın daha kəskin şəkildə bərpa olunacağını gözləmək olar. Amerika hökuməti öz vətəndaşlarını və biznesi birbaşa səxavətlə pul paylanması ilə dəstəkləyir, istehlakçı tələbatını stimullaşdırır”.  Bərpa olunma sürəti və səmərəliliyi nəinki ölkədən, hətta ayrıca korporasiyaların biznes modelindən asılı olacaq. “Ai Kyu Ci Aktivlərin İdarə Edilməsi” risk menecmenti departamentinin direktoru Aleksandr Baranov bir neçə il əvvəl baş vermiş Thomas Cook Group şirkətinin süqutunu xatırlayır. “Yəqin ki, koronaböhran son 20 ildə biznesdə baş verən dəyişiklikləri sürətləndirəcək”, – ekspert belə təxmin edir. Ola bilsin ki, bəzi biznes modellərinə, sadəcə, yeni postkarantin dünyasında yer qalmayacaq.

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email