Hansı halda kassa məxaric orderi rəsmiləşmə üçün kifayət edir?

posted in: Xəbər | 0
birbank biznes

kassa məxaric orderiSual: Bizim şirkət avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara görə, şəxsi adamlara nağd pul ödəyərək, onların beynəlxalq pasportları əsasında, respublika üzrə təsdiq olunmuş kassa məxaric orderləri tərtib edir. Adı çəkilən sənədlər nağd ödənişin rəsmləşdirilməsi üçün kifayət edirmi?

Həmçinin bax: Kassa məxaric orderinin doldurulmasının avtomatlaşdırılması

Cavab: Sorğunuzdan beynəlxalq daşıma xidmətinə görə rezident və qeyri-rezident şəxslərə ödəniş etdiyiniz qənaətinə gələrək bilidiririk ki, müəssisələr tərəfindən özlərinin maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları “Nağdsız hesablaşmalar haqqında” Qanunla müəyyən olunmuş hədlər daxilində nağd qaydada həyata keçirilə bilər. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Eyni zamanda bildiririk ki, vergi ödəyicisi xidmətləri sahibkarlıq subyektlərindən aldıqda xidmətlərin alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) almaqla, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə Mülki Məcəllənin tələblərinə uyğun şəkildə hazırlanmış müqavilə tərtib etməklə ilə sənədləşdirməlidir.

Həmçinin bax: Nağd topdansatış zamanı Kassa çeki yoxsa mədaxil orderi verilir?

Bununla belə, beynəlxalq daşıma xidmətinin göstərilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin xidmətləri göstərən şəxslər üçün vergi öhdəliyinin yaranmasına səbəb olur. Belə ki, mülki hüquqi müqaviləyə əsasən beynəlxalq daşıma xidməti vergi uçotunda olmayan rezident fiziki şəxslər tərəfindən həyata keçirildikdə həmin şəxsə ödənilən xidmət haqqından Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq Vergi Məcəlləsinin 101.1-ci maddəsində nəzərdə tutulan vergi dərəcələri ilə ödəmə mənbəyində vergi tutulmalı, bəyan edilməli, büdcəyə köçürülməli və aparılan ödəmə barədə vergi orqanına məlumat verilməlidir.

Eyni zamanda xatırladırıq ki, vergi orqanlarında qeydiyyatdan keçmədən və ya xüsusi razılıq tələb olunan sahələrdə bu razılıq olmadan gəlir götürmək məqsədi ilə fiziki şəxs tərəfindən göstərilən fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyəti sayılır və qanunsuz sahibkarlıq fəaliyyəti Vergi Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin müddəalarına əsasən müvafiq məsuliyyətə səbəb olur.

Qeyd edilən daşıma xidməti vergi uçotunda olan rezident fiziki şəxslər tərəfindən həyata keçirildikdə, vergi öhdəliklərini həmin xidməti göstərən fiziki şəxlərlər tərəfindən bəyan edilərək dövlət büdcəsinə ödənilməlidir. Bu daşıma xidməti qeyri-rezident fiziki şəxslər tərəfindən həyata keçirildikdə isə həmin şəxslərə ödənilən xidmət haqqından Vergi Məcəlləsinin 125.1.4-cü maddəsində nəzərdə tutulan dərəcələrlə ödəmə mənbəyində vergi tutulmalı, bəyan edilməli və büdcəyə köçürülməlidir.

Həmçinin bax: Aviabiletlərin satışı zamanı Mədaxil orderi yoxsa Kassa çeki verilməlidir?

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə, maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair ətraflı məlumatın alınması üçün isə səlahiyyəti qurum olan Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 13.2.5-ci, 16.1.11-6-cı, 17-ci, 19.1-ci, 58-ci, 73-cü, 78.3-cü, 96-cı, 101.1-ci, 125.1.4-cü və 150-ci maddələri, Mülki Məcəllənin 389-cu maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3. 3-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email