Şikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək?

posted in: Xəbər | 0
birbank biznes

Bu dəfəki yazımızda qanunvericiliyin mövqeyinə və səlahiyyətli orqanların həyata keçirdiyi hüquqi tədbirlərinə istinad edərək haqlı olduğunuz hallarda hara və necə şikayət edə biləcəyimiz barədə məlumat verməyə çalışacağıq. Əvvəla daha çox rastlaşdığımız hallardan biri kimi ictimai yerlərdə və ya yaşayış evlərində gecə saat 24-dən səhər 7-yə kimi səs-küy salmağa, mahnı oxumağa, gur səslə mahnı oxutmağa görə Daxili İşlər Nazirliyinə müraciət edə bilərsiniz.

Oğurluq, soyğunçuluq, quldurluq, döymə, sağlamlığa xəsarət yetirmə, avtoqəza hallarında da Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.

Xidmət göstərən, məhsul satan şəxslərin keyfiyyətsiz xidmət göstərməsi və ya məhsul satmasına görə, həmçinin haqsız rəqabətə və ya inhisarçılığa yol verilməsinə görə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz.

Heyvan kəsim yerlərindən kənarda kəsimlərin aparılması, qida məhsullarının sanitar qaydalara zidd olaraq hazırlanması hallarında şikayətinizi Qida Təhlükəsizliyi Agentliyinə bildirə bilərsiniz.

Təhsil, tibb müəssisələrində, nəqliyyatda, bərbərxana, kosmetoloji xidmət müəssisələrində sanitariya-epidemioloji qaydaların pozulmasına görə Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Sərnişin daşıma qaydalarının pozulmasına, sərnişin daşıma həyata keçirilərkən tütün çəkilməsinə, gediş haqqının yüksək tətbiq edilməsinə, müntəzəm şəhərdaxili marşrutlarda daşıma ilə əlaqəsi olmadığı halda audio cihazlardan istifadə edilməsi hallarına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərində isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərsiniz.

Bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin qanun pozuntularından Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilərsiniz.

Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:

Daxili İşlər Nazirliyihttps://e-muraciet.mia.gov.az/

102 – qaynar xətti


İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətihttp://www.consumer.gov.az/az/contact-form

195-2 qaynar xətti


Qida Təhlükəsizliyi Agentliyi http://afsa.gov.az/az/contact

Əlaqə – 1003


Səhiyyə Nazirliyihttp://www.sehiyye.gov.az/?do=faq&form


Qaynar xətt məlumatlarıhttp://www.sehiyye.gov.az/unvan.html


Bakı Nəqliyyat Agentliyihttp://bna.az/az/contact

Çağrı mərkəzi – 141


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyihttp://www.mincom.gov.az/az/view/feedback/

Əlaqə – 1655


Maliyyə Bazarlarına Nəzarət Palatasıhttps://www.fimsa.az/az/contact

Çağrı mərkəzi – 966


Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
şikayət
Print Friendly, PDF & Email