Yəqin çoxunuz exceldə belə Həftəlik satış qrafiki ilə rastlaşmısınız:

Həftəlik satış qrafiki

Burada satış qrafasında rəqəmi dəyişdikdə, Həftəlik satış qrafiki-ndə müvafiq ən böyük satış sütunun rəngi dəyişərək yaşıl rəng olur. Bu tip qrafikin yaradılması texnikasını göstərmək istəyirəm.

Bunun üçün oxşar cədvəli exceldə yığırsınız və aşağıdakı kimi qrafik əlavə edirsiniz:

Həftəlik satış qrafiki əlavə edilməsi

Sonra həmin qrafikdən bütün lazımsız elementləri delete düyməsi ilə ləğv edərək qrafiki sadələşdiririk və sütunların rəngini dəyişirik:

Həftəlik satış qrafiki rəngini dəyiş

Ən böyük satış olan sütunu rəngləmək üçün əlavə köməkçi sütundan istifadə və MAX() funksiyasından istifadə edəcəyik. Bu funksiyanın tədbiqi olduqca sadədir:

=MAX(diapazon)

Əgər biz misalda olan diapazonu seçsək, funksiya bizə ən böyük satış, yəni 800 məbləğini qaytaracaq:

Həftəlik satış qrafiki MAX(diapazon)

Lakin burada bizim Həftəlik satış qrafiki-nin məqsədləri üçün formulanı bir az dəyişmək lazım gələcək. B5 xanasına aşağıdakı formulanı yazmaq lazımdır:

=IF(B5=MAX($B$5:$B$11),MAX($B$5:$B$11),NA())

Əgər sizin də məlumatlarınız cədvəldəki kimi B5:B11 aralığındadırsa, həmin formulanı sadəcə kopyalararaq daxil edə bilərsiniz. Bu formula hər bir sətir üçün həmin məbləğin ən böyük olub olmadığını yoxlayır:

Həftəlik satış qrafiki formula

Bundan sonra köməkçi sütunu qrafikə kopyalayaraq (CTRL+C) əlavə edirik (CTRL+V):

Həftəlik satış qrafiki sütuna kopyala

Burada narıncı sütunun rəngini dəyişirik (kimin bu rəng xoşuna gəlirsə, bu rəngi saxlaya bilər):

Həftəlik satış qrafiki narıncı sütun

Həftəlik satış qrafiki demək olar ki, hazırdır. Köməkçi sütunu gizlədirik və ya rəngini ağ edirik ki görünməsin:

Həftəlik satış qrafiki köməkçi sütunu gizlət

Satış rəqəmlərini əlavə edirik və əlavə bonus 🙂

Həftəlik satış qrafiki bonus

Digər excel texnikalarını müəllif Zaur İsmayılovun telegram kanalı vasitəsilə də öyrənə bilərsiniz.

 

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email