Hər mühasibin tipik qorxuları

birbank biznes

mühasibin qorxularıYəqin ki, hər bir mühasibin ən çox qorxduğu şey, debetlə kreditin üst-üstə düşməməsidir. Bəlkə də belə mütəxəssislər cinayət məsuliyyətindən, vergi müfəttişliyinin yoxlamalarından, qanunvericilikdəki dəyişikliklərdən, sənədlərdəki səhvlərdən və ya direktorun pis əhval-ruhiyyəsindən qorxurlar. Əslində, mühasibin nədən qorxmasının əhəmiyyəti yoxdur. Ən düzgünü, sadalanan qorxuların faydalı və ya zərərli olmasının araşdırılmasında və onların necə aradan qaldırılmasındadır?

Başlanğıc üçün bu qorxuları real və mistik olanlara ayırmaqdır. Birinci kateqoriya o məsələlərə aiddir ki, onlar həqiqətən baş verə bilər. Onların sayəsində mühasib öz işində səhvləri istisna edə bilər.

Bundan əlavə, öz motivasiyanızı da dərk etmək çox vacibdir. Bəzi insanlar müəyyən nəticələrin əldə olunmasına daha çox müsbət motivasiya verir, digərlərində isə bu, problemlərin aradan qaldırılması şəklində mənfi təzahür kimi motivasiya verir. Yaxşı mühasib bir neçə qəpiyə görə həddən ziyadə qorxu ilə həddən artıq cəsarətlilik arasında seçim etməməlidir, həmişə “qızıl ortanı” tutmağa çalışmalıdır, yoxsa bu, şirkətlərə çox baha başa gələ bilər.

Belə bir qorxunun səbəbi kimi çox vaxt informasiya qıtlığı rol oynayır ki, bu da qərar qəbul edilməsini mürəkkəbləşdirir. Bəzən bu vəziyyət, qanunvericiliyin tez-tez dəyişməsi və məsləhətçi proqramlarının qeyri-kafi qabiliyyətlərinin nəticəsi olaraq ortaya çıxır ki, bu da mübahisəli nöqtələrin incəliklərini anlamağa imkan vermir. Belə vəziyyətlərdə auditor şirkətinə müraciət etmək yolu ilə “sığortalanmaq” olar, hansı ki, ekspertlər problemli məsələlər üzrə məsləhətlər verə bilərlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email