Xidmətin adı: Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– VM-nin 74.1-ci maddəsi
– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
– VN Kollegiyasının 30.07.2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidməti üzrə inzibati reqlament”
Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)
Müraciəti emal edən struktur vahidi: VN-nin İnformasiya texnologiyaları mərkəzi
İcra müddəti: 30 gün (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün 10 gün)
Xidmətin nəticəsində təqdim edilən sənədlər: məlumat
Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb
Mənbə: taxes.gov.az