2019-cu ildə həyatın yığım sığortası üçün ayrılan məbləğ necə hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Mühasib2019-cu ildə həyatın yığım sığortası üçün ayrılan məbləğ necə hesablanmalıdır?

Sual: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə yeni edilən dəyişikliklərə əsasən sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən cox olmayan hissəsindən işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqqları gəlir vergisindən azaddır. Bilmək istərdik ki, “vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən cox olmayan hissəsi” dedikdə işçinin aylıq əmək haqqının, yoxsa həyat yığım sığortasına köçürülən məbləğin 50 faizindən cox olmayan hissəsi nəzərdə tutulur?


Nağdsız hesablaşma aparanlar üçün vergi güzəştləri necə hesablanacaq?

Misal 1. Əməkdaşın 5000 aylıq əmək haqqı var və hər ay o, 4 000 manat 3 ildən az olmayan müddətə bağlanan müqavilə üzrə həyat yığım sığortasına sığorta haqqı olaraq köçürür. Bu halda, əməkdaşın 5 000 manat aylıq əmək haqqının, yoxsa həyat yığım sığortasına köçürülən 400 manat məbləğinin “50 faizdən cox olmayan hissə” si vergidən azaddır?

İkinci sualımız ondan ibarətdir ki, AR Vergi Məcəlləsinin 101.1-1 maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq vergiyə cəlb olunan gəlirlərinin 8 000 manatadək məbləği “0” vergi dərəcəsi ilə, aylıq vergiyə cəlb olunan gəliri 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14 faiz dərəcəsi ilə vergi tətbiq tutulur. Bilmək istərdik ki, əgər əməkdaş neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri dövlət sektorunda çalışırsa, AR Vergi Məcəlləsinin 102.1.8 maddəsinə əsasən həyat yığım sığortasına köçürülən sığorta haqlarının vergidən azad olunan “vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən cox olmayan hissəsi” necə müəyyən edir?

Burada vergiyə cəlb olunan gəlirin 50 faizindən cox olmayan hissəsi dedikdə, “o” dərəcəsi tətbiq edilən 8000 manat məbləği cıxılmaqla yerdə qalan məbləğ başa düşülür, yoxsa bu məbləğ daxil olmaqla bütün aylıq əmək haqqı?


Dividend güzəştləri hansı vergi ödəyicilərinə aiddir?

Misal 2. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri dövlət sektoruna aid edilən vergi ödəyicisində çalışan əməkdaşın 20 000 manat aylıq əmək haqqı var və hər ay o, 3 ildən az olmayan bağlanan müqavilə üzrə həyat yığım sığortasına 12 000 manat sığorta haqqı köçürür. Bu halda, həyat yığım sığortasına köçürülən sığorta haqqının vergidən azad olunan 50 faizindən cox olmayan hissəsi necə müəyyən edilir?

Cavab: Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına görə 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu maddənin müddəaları 1 yanvar 2019-cu il tarixədək bağlanmış həyatın yığım sığortası müqavilələrinə də tətbiq olunur.

Qeyd olunanlara əsasən 3 ildən az olmayan müddətə bağlanan həyatın yığım sığortası müqaviləsi üzrə işəgötürən tərəfindən sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olan hissədə sığortaçılara köçürülən məbləğ ümumi qaydada gəlir vergisinə cəlb edilir. Sorğuda göstərilən halda vergilərin Vergi Məcəlləsinin 101.1-1-ci və 102.1.8-ci maddələrini tətbiq etməklə hesablanması aşağıdakı qaydada həyata keçirilir:

Misal 1. Aylıq gəlir – 5000 manat, həyat yığım sığortasına köçürülən məbləğ 4000 manat. Vergi Məcəlləsinin 102.1.8-ci maddəsindən nəzərdə tutulan hədd 5000*50%=2500. Vergiyə cəlb olunan aylıq gəlir 5000 -2500=2500 Verginin məbləği 0 manat (2500*0%)

Misal 2. Aylıq gəlir – 20000 manat, həyat yığım sığortasına köçürülən məbləğ 12000 manat. Vergi Məcəlləsinin 102.1.8-ci maddəsindən nəzərdə tutulan hədd 20000*50%=10000. Vergiyə cəlb olunan aylıq gəlir 20000-10000=10000 Verginin məbləği – (10000-8000)*14%=280 manat.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email