Həyatın yığım sığortasına qoşulan işçinin əmək haqqısının hansı hissəsi xərcə silinə bilər?

posted in: Vergi, Xəbər | 0

Həyatın yığım sığortası

Sual: Şirkətin işçisi həyatın yığım sığortasına qoşulub. Ümumi əmək haqqısı 1.000 Azn-dir. ƏDV bəyannaməsinin 330-cu sətrində hansı məbləğ əks etdirilməlidir – tam məbləğ, yoxsa yığım sığorta çıxılandan sonra qalan məbləğ? Və hansı məbləği şirkət xərcə sala bilər, 1.000 manatı yoxsa yığım sığorta çıxılandan sonra qalan məbləği?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, ƏDV bəyannaməsinin 330 kodlu «Cari hesabat ayında və ya hesabat dövrünün 1-ci ayında muzdlu işlə əlaqədar hesablamalar» sətrində cari hesabat ayında muzdlu işlə əlaqədar gəlir əldə etmiş işçilərin sayı, onlara hesablanmış gəlir məbləğləri və gəlir məbləğinə görə hesablanmış gəlir vergisinin məbləğlərinin cəmləri qeyd edilir.

Həmçinin bax: Əmək haqqından vergitutma – Həyatın yığım sığortası zamanı

Bu baxımdan sorğunuzda qeyd olunan halda həmin sətirdə “Gəlirin məbləği” sütununda əmək haqqının tam məbləği, “Vergi məbləği” sütununda isə həyatın yığım sığortası üzrə müəyyən edilən güzəşt nəzərə alınmaqla vergi tutulan gəlirdən hesablanmış vergi məbləği əks etdirilməlidir.

Hesablanmış əmək haqqının tam məbləği gəlirin əldə olunması ilə əlaqədar çəkilən xərc kimi vergi tutulan gəlirdən çıxıla bilər.

Həmçinin bax: Həyatın yığım sığortası barədə bilmədiklərimiz

Bax: Vergi Məcəlləsinin 102.1.8-ci108-ci və 150-ci maddələri, Vergilər Nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №–li Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *