Kənd təsərrüfatında heyvanların kənardan alınıb, böyüdülərək satılması əməliyyatı vergidən azaddır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Müəssisə kənd təsərrüfatı fəaliyyəti ilə (iri buynuzlu heyvanların yetişdirilməsi) məşğuldursa, kənardan körpə buzovlar alaraq, 4-5 ay bəsləyərək (çəkisini artıraraq) diri şəkildə dana satırsa bu satış kənd təsərrüfatı fəaliyyəti sayılırmı? Belə satış zamanı hansısa vergi öhdəliyi (ƏDV, sadələşmiş vergi, mənfəət vergisi) yaranırmı? (vergidən azad)

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Bildiririk ki, digər istehsalçılardan heyvanların alınması və hər hansı formada satılması kənd təsərrüfatı məhsullarının istehsalı deyil, alğı-satqısı hesab olunur. Bu fəaliyyətə də müvafiq güzəştlər tətbiq olunmur.

Kənd təsərrüfatı məhsullarının pərakəndə satışını həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi, topdansatışını həyata keçirən şəxslər isə gəlir və ya mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməli və qanunvericilikdə müəyyən edilmiş hesabatları vergi orqanına təqdim etməlidirlər.

12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər isə ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanır. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı13.2.61-ci102.1.11-ci106.1.14-cü153-cü159-cu164.1.18-ci və 174.3-cü maddələri.

Mənbə: taxes.gov.az

Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergidən azad
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *