Hüquq sənədlərini kağız daşıyıcıda almaq mümkündür?

posted in: Xəbər | 0

sərəncamlarSual: Elektron qaydayla 28.03.2019-cu ildə MMC açmışam və mənə dövlət reyestrdən çıxarış, MMC-nin nizamnaməsi, VÖEN şəhadətnaməsi elektron qaydada a.doc formatında göndərilib. Bilmək istərdimki sadalananları hazır sənəd formasında əslini ala bilərəm?

Cavab: Bildiririk ki, 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın kağız daşıyıcıda qeydiyyat orqanı tərəfindən verilməsi zərurəti aradan qaldırılmışdır.

Həmin qanunun 18.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın qeydiyyat orqanı tərəfindən kağız daşıyıcıda verilməsi zərurətinin aradan qaldırılması, vergi ödəyicisini həmin sənədləri əldə etmək hüququndan məhrum etmir. Eyni zamanda bildiririk ki, hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) banklar tərəfindən elektron əldə edilməsi üçün texniki imkan yaradılmışdır.

Bu məqsədlə bankın əməkdaşı İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” bölməsinə daxil olaraq “Reyestr məlumatlarına baxış” bölməsində hüquqi şəxsin VÖEN-ni və şəhadətnamə-dublikatın nömrəsini yığmaqla hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədləri (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) öz kompüterinə yükləyə bilər.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *