Hüquqi şəxsin mənfəət vergisinin dərəcələri

posted in: Xəbər | 0
birbank biznes

Mənfəət vergisi dərəcəsi nə qədərdir?

Mənfəət vergisi dərəcəsi bir çox ölkələrdə fərqlidir. Hazırda respublikamızda bu 20% təşkil edir. Qeyd edək ki, 2009-cu ilə qədər bu dərəcə 22% təşkil edirdi. Daha əvvəl, Vergi Məcəlləsi qüvvəyə minənə qədər mənfəət vergisi dərəcəsi 32% olub.

Hazırda qüvvədə olan vergi dərəcəsi həm rezidentlərə, həm də qeyri-rezidentlərin daimi nümayəndəliyinə tətbiq olunur. Qeyri-rezidentlər də rezident müəssisə kimi gəlirlərdən xərcləri çıxandan sonra yerdə qalan mənfəətdən vergini ödəyir.

Biz  mənfəət vergisinin necə hesablanmaq lazım gəldiyini bilirik. Həmçinin mövzuların birində, rezident müəssisə üçün vergi obyektini müəyyən edərək vergi bazasını hesablamışıq. Həmin mövzudakı 1-ci nümunə üçün vergi dərəcəsini aşağıdakı qaydada tətbiq edə bilərik:

Mənfəət Vergisi = (Gəlirlər-Xərclər)*Vergi dərəcəsi = 17850*20%= 3570 manat

Nümunəyə baxaq:

Nümunə 1: Yerli A müəssisəsinin hesabat ili ərzində əldə etdiyi gəlirləri 35.000 manat təşkil etmişdir. Gəlirin əldə edilməsi ilə bağlı 26.000 manat xərc çəkmiş, bu xərclərdən 2000 manat hissə isə qeyri-kommersiya yönümlü olmuşdur. A müəssisəsinin ödəməli olduğu mənfəət vergisini hesablayaq.

Həlli

Mənfəət: 35.000 – (26.000 – 2000 ) = 11.000 manat

Mənfəət vergisi: 11.000 * 20% = 2200 manat

Qeyri-rezidentlərin mənfəət vergisi

Vergi dərəcəsinin tətbiqini qeyri-rezidentlərin mənfəət vergisinin hesablanması nümunəsində daha ətraflı izah edək. Hesablama aşağıdakı ardıcıllıqla aparılır:

  • vergututma obyektinin müəyyən edilməsi;
  • vergi bazasının təyini;
  • mənfəət vergisinin hesablanması.

Əgər qeyri-rezident müəssisə respublikamızda daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərirsə, həmin fəaliyyətdən əldə edilmiş gəlirdən, onun əldə edilməsinə çəkilən xərcləri çıxılaraq mənfəət vergisi tutulacaq.

Göründüyü kimi mənfəət vergisi məqsədlərini görə qeyri-rezidentin daimi nümayəndəliyi (onun ana müəssisəsinə aid deyil) ilə yerli müəssisə arasında fərq qoyulmur. Bu zaman əldə edilmiş gəlirlər Azərbaycan mənbəyindən olmalıdır. Belə gəlirlərin tərkibi Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində əks olunub.

Nümunə 2:

Qeyri-rezidentin daimi nümayəndəliyi Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğuldur və ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Hesabat ili ərzində 40.000 manat gəlir əldə etmiş, 33.000 manat xərc çəkmiş (o cümlədən 29.000 manat gəlirdən çıxılan xərc) və eyni zamanda Türkiyədə keçirilmiş yemək yarışması ilə bağlı buradan öz işçilərini göndərmiş və  müsabiqədən 5000 manat ekvivalentində ödəniş əldə etmişdir. Vergini təyin edək.

Həlli

Azərbaycan mənbəyindən gəlir:

40.000 + 5000 = 45.000

Mənfəət: 45.000 – 29.000 = 16.000 manat

Mənfəət vergisi: 16.000 * 20 % = 3200 manat

Verdiyimiz nümunədə respublika ərazisindəki fəaliyyətlə bağlı gəlir yaranmışdır, baxmayaraq ki, gəlir Türkiyədən əldə edilib.

Qeyri-rezidentin gəlirinə tətbiq edilən digər vergi dərəcələri

Xərclər çıxılmadan, ödəmə mənbəyində qeyri-rezident şəxsin gəlirindən vergi tutula bilər (VM, maddə 125).

Nümunə 3:

Qeyri-rezidentin daimi nümayəndəliyi Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğuldur və ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Hesabat ili ərzində 40.000 manat gəlir əldə etmiş, 33.000 manat xərc çəkmiş (o cümlədən 29.000 manat gəlirdən çıxılan xərc) və eyni zamanda Türkiyədə keçirilmiş yemək yarışması ilə bağlı buradan öz işçilərini göndərmiş və  müsabiqədən 5000 manat ekvivalentində ödəniş əldə etmişdir. Vergini təyin edək.

Həlli

Azərbaycan mənbəyindən gəlir:

40.000 + 5000 = 45.000

Mənfəət: 45.000 – 29.000 = 16.000 manat

Mənfəət vergisi: 16.000 * 20 % = 3200 manat


Hesablamaları daha rahat aparmaq üçün Excel-dən istifadə edin


Nümunə 4: Rusiya Federativ Respublikasında yerləşən müəssisə Azərbaycandakı yerli müəssisəyə komputer vasitəsi ilə xidmət göstərmiş 5000 manat gəlir əldə etmişdir. Eyni zamanda Azərbaycandakı başqa bir şirkətdəki payına görə 3000 azn dividend gəliri əldə etmişdir. Daimi nümayəndəlik yaratmamış bu müəssisənin mənfəəti yoxdur, lakin ümumi gəliri ödəmə mənbəyində ödənişi edən şəxlər tərəfindən vergiyə cəlb ediləcəkdir.

Vergi= 5000*10% (VM, m.125.1.5) + 3000*10%(VM, m.125.1.1) = 800 manat

Qeyri-rezidentdən gəlirlərindən verginin tutulması ilə “Qeyri-rezidentlərdə vergi necə hesablanır?” məqaləsindən ətraflı tanış ola bilərsiniz.

Vəkil qurumunun tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən, yaxud göstərilməsi nəzərdə tutulan vəkillik fəaliyyəti ilə bağlı vəkil qurumuna daxil olan ödənişlərin vəkillərə ödənilən, yaxud ödənilməsi nəzərdə tutulan hissəsi qurumun vergi tutulan gəlirlərinə aid edilmir.

Vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir.


Print Friendly, PDF & Email