Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?

posted in: Vergi, Xəbər | 0

vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftSual: ƏDV ödəyicisi olan hüquqi şəxs üçün öz nəqliyyat vasitəsi ilə yük daşıma xidməti göstərən VÖEN-li fiziki şəxs hansı hesabatı verməlidir? Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən Gəlir Vergisi ödəyicisi olmalıdır yoxsa 221.4.7-ci maddəyə əsasən Fərqlənmə nişanı almalıdır? (nəqliyyat xidməti)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Maddədən göründüyü kimi, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılmamışdır.

Qeyd olunan şəxslər xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilir. Bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə verilməsi tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci və 218.5.10-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
hüquqi şəxs, nəqliyyat xidməti
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *