Xidmətin adı: Hüquqi şəxsin (təşkilatın)filialının (bölməsinin) uçot məlumatlarının dəyişdirilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında ərizə”
– hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması (1.2.4. nömrəli xidmət) zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər
– “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– VM-nin 34-cü maddəsi
– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD- nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi:
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri
İcra müddəti:
-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü
– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər:
– Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (e-qutuya göndərilir)
– Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda)
Elektronlaşdırma səviyyəsi:
Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb
Mənbə: taxes.gov.az