Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Hüquqi şəxslərin dövlət qeydiyyatıHüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunda bir neçə dəyişiklik edilib. Edilən dəyişikliyə əsasən 5-1.1 maddəsi əlavə edilmişdir, belə ki, bundan sonra Onlayn Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

Eyni zamanda 5.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə bundan sonra Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün ərizə tək təsisçi tərəfindən deyil, həmçinin qanuni təmsilçi tərəfindən də imzalanmalıdır.

Bundan başqa 5.4.5-ci maddədə hüquqi şəxs statusu almaq istəyən qeyri kommersiya qurumunun da hüquqi ünvanını təsdiq edən sənədin tələb edilməsi əlavə edilib. Dəyişikliyin tam mətnini sizə təqdim edirik:

Bax: Elektron xidmət növlərinin siyahısında dəyişiklik edilib
“ Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775) aşağıdakı dəyişikliklər edilsin:

  1. 5.2-ci maddəyə “təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər)” sözlərindən sonra “, qanuni təmsilçi (qanuni təmsilçilər)” sözləri əlavə edilsin və həmin maddədə “onun (onların)” sözləri “onların” sözü ilə əvəz edilsin.
  2. Aşağıdakı məzmunda 5.3.2-2-ci maddə əlavə edilsin:

“5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat;”.

  1. 5.4.5-ci maddədə “qurumun” sözü “qeyri-kommersiya qurumunun” sözləri ilə əvəz edilsin.
  2. 5.4.6-cı maddədən “təyin edildiyi halda, onun” sözləri çıxarılsın.
  3. 5-1.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Mənbə: president.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email