Müflis olma və hüquqi şəxsin ləğvi
Hüquqi şəxsin ləğvi həm təsisçilərin təşəbbüsü, həm də başqa səbəblərdən ola bilər. Ləğv etmədən sonra onların hüquqi qabiliyyəti bitir.
Əslində şirkətlər, xüsusilə kommersiya təşkilatları ləğv edilmək üçün yaradılmır. Kommersiya qurumlarının məqsədi gəlir əldə etməkdir, odur ki, onlar öz fəaliyyətləri dövründə mövcudluqlarını qorumaq istəyirlər. Eyni zamanda təşkilatların konkret məqsədlərə nail olmaq üçün yaradılması da mümkündür, bu məqsədlərə çatdıqdan sonra nizamnamədə qeyd edilən qaydada ləğv edilə bilər. Belə xüsusi hallarda konkret məqsədlərdən başqa, fəaliyyət müddəti də qeyd edilməlidir.
Hüquqi şəxslərin ləğvi qanunvericiliklə müəyyən edilmiş təsis edilmə, qeydiyyata alınma prosedurlarında baş verilmiş əhəmiyyətli qanun pozuntusu hallarının sonradan aşkar edilməsi halında baş tuta bilər.
Müflis elan olunma da hüquqi şəxsin ləğvi ilə nəticələnə bilər. Bu proses “Müflisləşmə və iflas haqqında” AR qanunun ilə tənzimlənir.
İflas proseduru şirkətlərin ödəmə qabiliyyəti itəndə və şirkəti sağlamlaşdırmaq mümkün olmadıqda baş verir. Müflis olma və ləğv edilmə 1 ilin içərisində yekunlaşır, əks halda qanunvericilik ləğv prosedurunu yenidən başlamağı tələb edir.
Hüquqi şəxsin ləğvi səbəbləri
Deməli təsnifləşdirəsi olsaq hüquqi şəxslərin ləğvi səbəblərinə aşağıdakıları nümunə göstərə bilərik:
- Təsisçilərin aşağıda qeyd edilmiş səbəblər başqa, digər səbəblə bağlı könüllü yekdil ləğv edilmə rəyi
- Şirkətin nizamnamədə müəyyən edilmiş hədəflərinə çatması
- Şirkətin nizamnaməsinə uyğun fəaliyyət müddətinin bitməsi
- Hüquqi şəxsin dövlət qeydiyyatı zamanı yol verilmiş əhəmiyyətli qanun pozuntusu halları
- Firmanın müflis olması
- Lisenziyanın ləğv edilməsi, yaxud mühüm qanunvericilik tələblərinin kobud çəkildə pozulması
Əslində yuxarıdakı səbəbləri könüllü və məcburi kimi iki böyük qrupa aid etmək olar.
Hüquqi şəxsin ləğv olunması aşağıdakı hallarda həyata keçirilir:
Biz saytımızda, başqa bir məqalədə hüquqi şəxsin yenidən təşkili ilə bağlı ləğv edilmə haqqında danışmışıq. Bu halı da ayrıca kateqoriya kimi ayırmadan, təsisçilərin könüllü yekdil rəyi kateqoriyası kimi xarakterizə etməyimiz daha doğru olar.
Qeyd etmək vacibdir ki, hüquqi şəxsin ləğvi üçün Mülki Məcəllənin normalarını bilmək mütləqdir. Nəzərə almaq lazımdır ki, İstənilən bu material informasiya verici xarakter daşıyır. Hüquqi şəxslərin yenidən təşkil qaydasında ləğvi ciddi təcrübi bilik tələb edir. Belə ki, həmin prosedur zamanı hüquqların, vəzifələrin vərəsəlik qaydasında keçidinə son dərəcə diqqət etmək lazımdır.
Hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğvi ilə bağlı xidmətlər
Hüquqi şəxsin ləğvi prosesi
Hüquqi şəxslərin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fiziki şəxsin fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.
Amma, qeyd edək ki, ləğv proseduru bir ərizə yazıb dərhal şirkəti ləğv etmək demək deyil. Bu mərhələli şəkildə baş verən bir prosesdir. Hə birimiz lisenziyası geri alınmış bankların ləğvi haqqında az-çox məlumatlıyıq; bu proses illərlə, bəzən hallarda 4-5 il və daha çox çəkən prosesdir.
İlk növdə təsisçilərin hüquqi şəxsin ləğvi ilə bağlı qərarı olmalıdır.
Siz təcrübənizdə çox halda şirkətin sahiblərinin qərarıyla onun ləğv edilməsi halını görəcəksiniz. Bunun üçün sizin əlinizdə təsisçilərin qərarı olmalıdır. Qərarda şirkətin ləğvi ilə bağlı müddəalar, təsviyəçinin (ləğvetmə komissiyasının təyin olunması, ləğv prosedurunun başlaması barədə göstəriş olmalıdır. Təsviyəçi işlərdə təcrübəsi olan biridir, onun daha əvvəl ləğv edilən hüquqi müəssisədə çalışması şərt deyil.
Eyni zamanda nəzərə almaq lazımdır ki, nə qədər ki, şirkət hələ ləğv edilməyib, o, mülki hüquq qabiliyyətini özündə saxlayır.
Ləğv üçün müraciət
Təsviyəçi təsisçilərin qərarı ilə Dövlət Vergi Xidmətinə müraciət edir. Bununla ləğv proseduru başlamış olur. Ləğv prosesinə daxil olmuş hüquqi şəxsin İnternet Vergi İdarəsində “Online kargüzarlıq” üçün açılmış elektron kabinetində statusu “Ləğv prosesindədir” kimi görünür. İlk müraciətinizdə siz prosesin ilk mərhələsində olursunuz, bunun üçün sizin möhürünüz Dövlət Vergi Xidmətinə təhvil verilir, qanunla isə sizə “Ləğv prosesindədir” möhürünü əldə etmək tələbi qoyulur.
Hüquqi şəxsin ləğvi şirkət müflis olmayla sonlanmırsa deməli ödəmə qabiliyyəti vardır. Ona görə ondan ödəmə qabiliyyətininin olması barədə hesabat istənilir. Eyni zamanda kreditorların mənafeləri məqsədiylə mümkün ola biləcək tələblərinə azı 2 ay vaxt verilir. Vergilər qazetində elanın yerləşdirilməsi bunun üçündür.
Qanunla təsviyyəçi yalnız mətbu qazetdə elan verməklə kifayətlənməməli, eyni zamanda kreditorlarına mövcud məsələylə bağlı bildiriş göndərməlidir. Ancaq biz praktikada bunu çox az görürük. Sözün düzü, praktikada adətən şirkətlər öncə debitor-kreditorlarıyla tam hesablaşdıqdan sonra proseduru başladırlar.
Prosedurun növbəti mərhələsi ləğvetmə balansının qəbul edilməsi, qalıq əmlakın bölüşdürülməsi prosedurudur.
Ləğvetmənin ikinci mərhələsində “Ləğv prosesindədir” möhürü də, şəhadətnamə, dövlət reyestrindən çıxarış da sizin alınacaqdır.
Kommersiya qurumlarına münasibətdə sözügedən işlər hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində ( 1 pəncərə ) həyata keçirilir.
Qısa məlumat olaraq, xatırladaq ki, hüquqi şəxsin ləğvi zamanı işçilərin əmək müqaviləsinin xitamı ilə bağlı əmək qanunvericiliyinin tələblərinə, o cümlədən işçilərə kompensasiyanın verilməsin diqqətdə saxlamaq lazımdır.
Fiziki və hüquqi şəxslərin ləğvi ilə bağlı DVX-nin elektron portalının “Bir pəncərə//Məlumat dəyişikliyi və ləğv edilmə prosedura” səhifəsindən daha geniş məlumat almaq olar.
