Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

dövlət qeydiyyatı“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.11-ci maddədən “gücləndirilmiş elektron imza ilə təsdiq edilən və” sözləri çıxarılsın.

2. 2.0.13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“2.0.13. elektron kabinet – bu Qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, elektron imza sertifikatı və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə qarşılıqlı məlumat və sənəd mübadiləsini təmin edən fərdi elektron səhifə;”.

3. 5-1-ci maddə üzrə:

3.1. 5-1.1-ci maddəsinin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur.”;

3.2. 5-1.2-ci maddədən “yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş” sözləri çıxarılsın;

3.3. 5-1.6-cı maddənin birinci və ikinci cümlələrində “ünvanına” sözləri “kabinetinə” sözləri ilə əvəz edilsin;

3.4. 5-1.7-ci maddədə “ünvanına” sözü “kabinetinə” sözü ilə əvəz edilsin;

3.5. 5-1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5-1.8. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət elektron qaydada dövlət qeydiyyatına alındıqdan sonra 2 iş günü müddətində qanuni təmsilçi (təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş cəmiyyətin sahibkarlıq fəaliyyətinə başlaması barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərməlidir.”;

3.6. aşağıdakı məzmunda 5-1.9-cu maddə əlavə edilsin:

“5-1.9. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu mobil operatorlar tərəfindən real vaxt rejimində cavablandırılmalıdır.”.

4. 7-2.4-cü maddənin birinci və ikinci cümlələrində “ünvanına” sözləri “kabinetinə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.


Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edildi

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “16.2.4-cü maddəsində” sözləri “2.0.13-cü (hər üç halda) maddəsində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.8-ci, 5-1.9-cu və 16.2.4-cü maddələrində” sözləri ilə əvəz edilsin;

2.2. 2.5-ci bənddən “5-1.1-ci maddəsinin üçüncü cümləsində,” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. həmin Qanunun 2.0.13-cü (hər üç halda) maddəsində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.8-ci və 5-1.9-cu maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

Mənbə: president.az


Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email