İcarə müqaviləsi əvəzsiz bağlanarsa hansı vergi öhdəlikləri yaranır?

birbank biznes

vergi öhdəlikləriSual: N müəssisəsi avtobusu digər müəssisəyə müvəqqəti əvəzsiz (pulsuz) istifadəyə vermək istəyir. N müəssisənin balansında olan bu avtobus hazırda istifadə edilmir və rəhbərliyin göstərişinə əsasən icarə müqaviləsində ödəmə hissəsində pulsuz qeyd edilməlidir. Belə şəraitdə hər iki müəssisə üçün yarana biləcək vergi öhdəlikləri barədə məlumat vermənizi xahiş edirik.

Aydın Kərimovla mühasibat uçotu kursu

Cavab: Bildiririk ki, mülki hüquq münasibətlərinin növü olan əmlakın istifadəyə verilməsində hər hansı fiziki və ya hüquqi şəxs iştirak edə bilər. İstifadəyə verilən əmlak icarə müqaviləsi ilə rəsmiləşdirilməli, həmin müqavilədə isə mütləq qaydada bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı göstərilməlidir. Əks təqdirdə isə vergi öhdəlikləri müəyyənləşdirilərkən əmlakı istifadəyə verən şəxsə Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən müəyyən olunan bazar qiymətləri tətbiq olunaraq vergi hesablanacaqdır.

Bax: Mülki Məcəllənin 2.2-ci, 5.1-ci, 700.1-ci və 732-ci maddələri, Vergi Məcəlləsinin 1.1-ci, 14.2-ci və 124.4-cü maddələri və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Mənbə: taxes.gov.az

Bax: İcarə əməliyyatları zamanı müxabirləşmələr


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Print Friendly, PDF & Email