fbpx

İcbari tibbi sığorta fonduna ödənilən təqvim haqları ləğv edilir

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi Maliyye, agentlik,Gələn ildən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığorta müqavilələri üzrə təqvim haqlarının 50%-nin İcbari tibbi sığorta fonduna ödənilməsi dayandırılacaq.  (təqvim haqları)

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dövlət başçısının imzaladığı digər qanuna əsasən, sığortalı tərəfindən sığortaçıya icbari sığorta müqaviləsinə uyğun olaraq ödənilən sığorta haqqının 5%-nin icbari tibbi sığorta fonduna ödənilməsi dayandırılır.


Tam mətn aşağıdakı kimidir:

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 48) ləğv edilsin.

Maddə 2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 49) ləğv edilsin.

Maddə 3. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.



Print Friendly, PDF & Email
error: Content is protected !!