Gələn ildən idxal olunan avtobuslara aksiz vergisi tətbiq ediləcək

posted in: Xəbər | 0
birbank biznes

aksiz vergisi2019-cu ildən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Belə ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, ölkəyə gətirilən avtobuslar gömrük keçid məntəqəsində aksiz vergisi də ödəyəcəklər.

Dəyişikliyə əsasən:

· mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda: mühərrikin həcminin hər kubsantimetrinə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib;

· mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda: 8000 manat və əlavə olaraq mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib;

Bax: Türkiyədə turistləri vergi borcu ilə hədələyən cinayətkar qrup ifşa edilib

· mühərrikin həcmi 8000 kubsantimetrədək olduqda: 16.000 manat və əlavə olaraq mühərrikin həcminin 6001- 8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib;

· mühərrikin həcmi 10.000 kubsantimetrdək olduqda: 28.000 manat və əlavə olaraq mühərrikin həcminin 8001-10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib;

· mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda: 44.000 manat və əlavə olaraq mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Bax: Bu şəxslərin aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən, ölkəyə idxal olunan avtobusların istehsal tarixi bir ildən zox və ya qət etdiyi məsafə 100.000 kilometrdən artıq olduqda, aksiz Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       
Print Friendly, PDF & Email