İdxal və ixrac gömrük rüsumlarının dərəcələri qaydasında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

gömrük rüsumlarının dərəcələriAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 455
Bakı şəhəri, 17 oktyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Aydın Kərimovla mühasibat uçotu kursu

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 sentyabr tarixli 375 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “2710 12 413 0” və “2710 12 510 1” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.

Bax: Aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri qaydasında kiçik dəyişiklik edilib

2. Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir.

Bu nameklaturadakı rəqəmlər 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə), və 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) olan mühərrik benzinlərinin rəqəmlərini ifadə edir.

Azərbaycan Respublikasının
Baş naziri                      Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Print Friendly, PDF & Email