İdxal zamanı tətbiq edilən vergi güzəştinin həcmi azaldılır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi güzəştinin həcmiAzərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcmi azaldılır.

Azərbaycanda idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkinin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır.

Bu, “Vergi Məcəlləsi”nə edilməsi təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Məlumata görə, Vergilər Məcəlləsinin 188.1.1-ci maddəsinə dəyişiklik edib. Bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.

Bundan əlavə, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,08 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat dövlət rüsumu müəyyənləşib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email